Page 248 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 248
– Mәn şin satıram.
– Bura gәl, әzizim, – Domi onu çağırdı.
Kiko yaxına gәldi.
– Nәdi?
Hәr әlindә bir etiket varıydı vә tezcә öz oyununa
qayıtmaq istәyirdi. Domi yenә sorğu-suala başladı:
– Oğlum, de görüm, Femio onu öp… dişlәmәmiş-
dәn qabaq Vitora nә danışırdı?
– Yadımdan çıxıb, – Kiko cavab verdi.
– Yadında deyil? Dalaşmırdılar ki?
– Yox dedim dә.
– Oğlum, de görüm, onu dişlәyәndә onlar mәtbәx-
dәydilәr, yoxsa ütü otağında?
– Daha heç nә bilmirәm, әl çәk! – Kiko birdәn zığıl-
dadı.
Domi әlini qaldırdı.
– Nә ilişdirәrdim, – o dedi. – İstәyәndә tutuquşu ki-
mi ötürsәn.
248 Kiko etiketlәrin böyründә oturdu.
– Mәn axı sәnә hәr şeyi dedim, – o, tәkrar elәdi.
Domi pis-pis gülümsәdi.
– Bәs tualet istәmirsәn?
– Yox.
– Bil ha, әgәr tumanını islatsan, duduşunu kәsә-
cәm.
O, qızı oturtduğu ayağını yellәyib oxudu: “Ehey,
ehey, atım, çapaq gedәk Vifleyemә, Mәryәm körpәylә
oturub orda, falçılar da yanında”. Kris әlini әlinә vu-
rurdu.
Kiko etiketi etiketin üstünә qoyurdu vә hәr yed-
dincini qoyanda qalaq uçurdu. O, hirslәnib tәkrar elә-
yirdi: “Ay, ay sәni”, ancaq әllәri istәyinә tabe olmurdu.
Birdәn gözü kreslonun altındakı karandaşa sataşdı.
Etiketlәri atıb karandaşı götürdü, sonra şkafı eşәlәmәyә
başladı. Kağız tapmayıb rәfdәn kitab götürdü, çox
fikirlәşmәdәn birinci sәhifәsini qopartdı. Sonra döşәmә-
dә uzanıb şәkil çәkmәyә başladı. Hәr çәkdiyi xәtlә ağzı-
   243   244   245   246   247   248   249   250   251   252   253