Page 247 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 247
tdan salınmış şahzadə

Ana başını yellәdi. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Bir dә görәcәksiniz qayıtmısınız, – dedi. – Vaxt tez
keçir. – Yenә әlini әsgәrә uzatdı. – Di yaxşı, tanış olma- 247
ğıma çox şadam, uğurlar arzulayıram.
Qapıya tәrәf gedәndә geri dönüb, Kikonun әlindәn
tutaraq mәtbәxdәn çıxara-çıxara astadan dedi:
– Gedәk! Hәmişә özünә dәxli olmayan işlәrә qarışır-
san, – vә Domiyә üzünü tutdu: – Uşaqları otağa aparın.
Axşamlar anasının addım sәslәri sәhәrkindәn daha
bәrk çıxırdı. Vitora tez-tez deyirdi: “Hәr şeydәn çox
sәnin ananın yerişindәn xoşum gәlir”. Dabanlarını yerә
bәrk-bәrk vura-vura Ana qonaq otağına keçdi. Kiko öz
addımlarını Xuanla eynilәşdirib, qonaq otağına, qarda-
şının arxasınca nizamla yeriyә-yeriyә getdi.
– Biz әsgәrik! – qardaşıyla eyni vaxtda addımlaya
bildiyinә görә sevincәk dedi.
Uşaqlar otağa girәndә Domi qapını ehmalca örtüb,
Kikonu öz yanında oturtdu. Gözlәrini qıyıb ondan so-
ruşdu:
– Oğlum, de görüm, Femio qızın harasını dişlәyirdi?
– Burasını.
– Ağzını?
– Aha.
– Uf, gör ha! Bәrk dişlәyirdi?
– Çox bәrk, hәm dә çox-çox.
– Çox?
– La-a-p çox, – Kiko dedi.
Stola yaxınlaşıb Xuan da söhbәtә qoşuldu:
– Onun qanı axdı?
– Ey, sus, görmürsәn, mәn danışıram. – Domi yenә
Kikoya tәrәf çöndü: – Oğlum, de görüm, bәs Vitora nә
deyirdi?
– Əgәr Femio onun ağzından dişlәyirdisә, axı o, ne-
cә danışa bilәrdi, Domi? – Xuan yenә söhbәtә qarışdı.
– Sәnә dedim ki, sus!
Kiko döşәmәdә oturub, “Koka-kola” vә “Kas” su-
yunun etiketlәrini üst-üstә qalaqladı:
   242   243   244   245   246   247   248   249   250   251   252