Page 217 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 217
tdan salınmış şahzadə

– Senyora, – çәkinә-çәkinә soruşdu, – sizә süd MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
süzüm, ya geri aparım?
217
– Sağ ol, Vitora, südsüz olsun, – Ana cavab verdi.
Kiko qaşqabağını töküb, әvvәl Vitoraya, sonra
Anaya, nәhayәt, özünü soyuqqanlı göstәrib, xırda
gümüş qaşıqla şәkәri qarışdıran Ataya baxdı.
Uşaq başını yırğalayıb, anasına yaxınlaşdı.
– Ana…
– Nәdi?
– Vitora “dal” dedi, – zorla eşidilәcәk sәslә pıçıl-
dadı.
– Bu evdә, – Ana cavab verdi, – çoxları yerinә düş-
mәyәn şeylәr danışırlar. Sonra da tәәccüblәnirik ki,
uşaqlar niyә ağızlarına gәlәni deyirlәr.
Kiko alt dodağını dişlәyib, Ataya baxdı – o, dalğın
baxışlarla fincanı dodağına aparırdı.
– Ata, – o soruşdu. – Mәnim üçün plastinka qo-
yarsan?
Ata fincanı nәlbәkiyә çırpdı. Vәrdiş etdiyi kimi,
dodaqlarını yaladı. Əllәrini düyünlәmişdi.
– Yenә plastinka? – o dedi. – Plastinkalar sәnә bәs
elәmәdi? Bilirsәn, Kiko, bu dünyada hәrәnin öz plastin-
kası var, әgәr o, bu plastinkanı fırlatmasa, partlayar, başa
düşürsәn? Ancaq bu, hәlә bәdbәxtlik deyil, bala. Bәd-
bәxtlik sәnin öz plastinkanın olmamasıdır vә sәn ömür
boyu tutuquşu kimi başqalarından eşitdiyini tәkrarla-
yırsan. Bax bu, bәdbәxtlikdi, sәnә aydın oldu? Şәxsiyyәt
olmamaq bәdbәxtlikdi. Sәn Kikosan, mәn dә mәnәm,
ancaq әgәr Kiko mәn olmaq istәyirsә, onda Kiko heç
nәdi, sıfırdı, heç kimdi, adsız, soyadsız biçarәdi.
Kiko gözlәrini bәrәltmişdi. Ata qızıl portsiqarı çı-
xartdı, siqareti üç dәfә stola döyәclәdi, yandırıb lәzzәtlә
çәkәrәk başını kreslonun arxasına söykәdi. Kiko anasına
baxdı. Anası onunla hәddәn artıq nәvazişlә danışdı:
– Kiko, bala, әgәr sәn öz gözündә tiri görmәyib, baş-
qasının gözündә çöpü görürsәnsә, onda sәnin axırın
   212   213   214   215   216   217   218   219   220   221   222