Page 215 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 215
tdan salınmış şahzadə
– Müharibә, – Kiko tübikin qapağını açdı, – topdu. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Bu-u-m!
215
Xuanın gözlәri böyüdü.
– Bәs sәn yaxşıların tәrәfindәydin? – o soruşdu.
– Əlbәttә. Mәgәr mәn pisәm?
Xuan gülümsәyib dodaqlarını yaladı. Sonra dedi:
– Mәn dә müharibәyә getmәk istәyirәm.
– Sәn bacarmırsan, – Kiko dedi.
Ata qımışdı.
– Bu, çox sadәdi. Müharibәdә yalnız iki qayğın olur:
necә öldürәsәn, bir dә necә elәyәsәn ki, sәni öldürmә-
yәlәr.
– Çox ibrәtamizdi, – Ana Vitoraya üz tutdu: – Uşaq
üçün iki portağalın şirәsini sıxın.
Ata üzünә kәdәrli ifadә verib sözünә davam elәdi:
– Sülh darıxdırıcıdı: telefon zәnglәri, birja, fәhlәlәr-
lә mübahisә, görüşә gәlәnlәr, rәhbәr mәsuliyyәti… –
Onun dağınıq baxışları yenә Pabloda cәmlәşdi. – Bәs sәn
bütün bunlar haqqında nә düşünürsәn? – ciddi tәrzdә
soruşdu.
Pablo yenә pörtüb çiyinlәrini çәkdi. O, desert
qoyulmuş boşqaba sarı başını bir az da әydi.
Ata qızışdı:
– Nәdi, dilini udmusan? Hә, ya yox, “bu, xoşuma
gәlir”, ya “bu, xoşuma gәlmir” deyә bilmirsәn?
Xuan atasının ovqatının dәyişdiyini hiss elәmirdi.
Onun fikri başqa yerdәydi. O, sәbirsizcәsinә soruşdu:
– Ata, sәn çox pis adam öldürmüsәn?
Ata başıyla Pablonu göstәrib, Anadan soruşdu:
– Əlbәttә, sәndәn keçmiş olar, yoxsa elә deyil?
– Dillәn dә, Ata, – Xuan tәkid elәdi.
– Çox, – Ata ona baxmadan dedi.
– Yaxşı bilirsәn ki, mәn buna qarışmıram, – Ana eti-
raz etdi. – Ancaq fikirlәşirәm, bәlkә, Pablo müharibә vә-
ziyyәtinә son qoymağın daha yaxşı olduğunu düşünür?
– Yüzdәn çox? – Xuan soruşdu.