Page 210 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 210
isә dedi ki, keşişdәn eşidib, guya atom bombası qurban-

larının bәdәni mantar kimiymiş. Markos etiraz etdi ki,

yox, süngәr kimiymiş vә Ataya üz tutdu. Ata da dedi ki,

onun tәsәvvürünә görә, dabandaşı kimiymiş, bu vaxt

Vitoranın gәtirdiyi buluddan Kikonun boşqabına maka-

ron çәkәn Ana çox ciddi tәrzdә dedi ki, onlar mövzunu

dәyişә bilmәzlәrmi vә buna imkan yaratmaq üçün Ataya

dedi ki, Dora Diosda da әrә gedir. Ata soruşdu: “O

sәfilә?” Ana dedi: “Niyә sәfil?” Ata cavab verdi: “Onun

bir qәpiyi dә yoxdu”, Ana: “Onlar bir-birini sevirlәr, bu,

kifayәtdi”. Ata onun sözünün davamını gözlәyirmiş

kimi susub, sonra dedi:

– Bilirsәn, mәnim bәdbәxt atam nә deyib?

– Nә deyib? – Ana soruşdu.

– Bәdbәxt atam deyib ki, bütün qadınlar toyuq ki-

midi, dәn tökürsәn, ancaq onlar pox dimdiklә-mәyә cu-

murlar.

210 Uşaqlar gülüşdülәr, ancaq Ana tutuldu vә göz qa-
paqlarının maviliyi, rәnglәnib yuxarı qatlanmış kirpik-

lәri, dırnaq sәdәflәrinә çәkdiyi gümüşü lak daha aydın

göründü. Ana Kikoya sarı dönüb dedi:

– Ye!

– Xoşuma gәlmir, – Kiko dedi.

Ana hirslә çәngәli Kikonun әlindәn aldı, makaron-

dan götürüb onun ağzına soxdu. Kiko hәvәssiz-hәvәssiz

çeynәmәyә başladı. Ana dedi:

– Bu uşaq mәni boğaza yığıb.

– Nә olub? – Ata soruşdu.

Markos Pabloya dedi:

– Bizә Konqodan, BMT-dәn inşa yazmağı tapşırıb-

lar.

Ana Ataya dedi:

– Mәgәr görmürsәn? Yemәk istәmir.

Merçe dedi:

– Əcәb mövzudur!

– Gәl yaz da, – Markos dillәndi.
   205   206   207   208   209   210   211   212   213   214   215