Page 166 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 166
12 oktyabr
Sevgilim mәnim!
Mәndә o qәtiyyәt vә iradә yoxdu ki, görüşü tәxirә
salmağa yenә sәni mәcbur edәm. Razıyam, qoy ayın
15-i olsun.
Deyәsәn, “İmperio” hotelindә qalacağımı artıq
demişәm. Elә bir dәbdәbәli hotel deyil, ancaq tәmizdi,
temperatur hәmişә eynidi vә qapıçı Marselo mәni
adımla çağırır, bu da simasızlığın normaya çevrildiyi
böyük şәhәrdә adama xoş gәlir. Üstәlik dә, qiymәtlәr
babatdı. Şәrtlәşdiyimiz vaxta qәdәr nömrәdә olacağam,
sәhәr qәzetlәrini sifarış elәyib, belәcә, vaxtı öldürәcә-
yәm. Əgәr sәnә bir şey lazım olsa, zәng vur.
Sevgilim, çalışıram özümü әlә alım, ancaq nә qәdәr
sakit olmaq istәsәm dә, әslindә, bundan çox-çox uza-
ğam. Bu görüş mәnim üçün o qәdәr vacibdi ki, fikirlә-
şәndә, günәş kәlәfi nahiyәsindә spazma olur vә az qala
166 nәfәs ala bilmirәm. Ah, gözlәmәk necә üzücüdü! Ümid
elәyirәm, indi deyәcәklәrimdәn incimәyәcәksәn. Uşaq-
lıqdan hәmişә böyük dәmir çarpayıda – valideynlәrimin
kәnddәn gәtirdiyimiz iri çarpayısında yatıram. O vaxt-
dan genişliyә, sәrbәstliyә öyrәşmişәm. Ancaq indi bu
sәrbәstliyin kölәsinә çevrilmişәm: yataq genişdi, soyuq-
du vә mәnim әn böyük istәyim – onu sәninlә bölmәkdi.
Üç gündәn sonra nә olacaq? Necә dәhşәtli ümidsiz-
lik! Demәli, әzizim, ayın 15-dә Ferras küçәsinin başında –
İspaniya meydanı tәrәfdәki “Milano” restoranında.
Sәnin pәrәstişkarın
E.S.
20 oktyabr
Möhtәrәm senyora!
Bu gün sәhәr Sizdәn aldığım mәktub mәni tәәc-
cüblәndirmәdi; onu hәtta bizim 15-dә olan uğursuz