Page 156 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 156
yığmağa çıxdı. Bu gün hava hәlә dә tutqundu. Son illәr
tufandan sonra havalar korlanır.

Günәşli, yağışlı havalarda dәlicәsinә sәni xatırlayan
E.S.

23 sentyabr

Əzizim!

Aylı gecәdә Motsartın layla çalan musiqisi altında

“görüşümüzü” fikirlәşәndә uşaq kimi sevinirәm. Mәn

telepatiyaya, fikrin oxunmasına, ümumiyyәtlә, misti-

kaya inanıram. Elә olub ki, kiminsә haqqında düşünә-

düşünә küçәdә getdiyim yerdә onunla qarşılaşmışam.

Ya hәrdәn haqqında ilboyu bir kәlmә dә eşitmәdiyim

adamı yuxuda görmüşәm, sәhәr isә onunla evimin giriş

qapısında rastlaşmışam. Ağlın dәyişmәyә gücsüz

olduğu bütün bu hallar sirlidi, bununla belә, onlar, hәr

156 halda, ağlın iradәsilә baş verir. İnanmazsan, ancaq
axırıncıdan әvvәlki mәktubunu alıb hәlә açmamış sәnin

hirslәndiyini bilirdim. Bütün bu ilkin şәrtlәr mәni

mәcbur edir ki, birisigünkü “görüşümüzә” hәddindәn

artıq ümid bәslәyәm. Sәni görәcәyәmmi, Ayın üzündә

sәnin tәbәssümünü tapacağammı? Mәnә nәsә bir mü-

raciәt yollayacaqsanmı? Bu, istәnilәn halda, sәnin hepa-

titinlә tәxirә düşәn, әsl görüşümüzü asanlaşdıracaq ilk

özünәmәxsus “görüşümüzdü”. Yadında saxla: 25-i, gecә

saat 12:00, Milli radio öz verilişini xәbәr proqramı üçün

kәsәndә.

Dünәn bostanda xeyli işlәdim. Noxud qupquru qu-

ruyub, ancaq qurusa da yığacağam, yarısı yemәyә (qara

lobya vә sala ilә әladı), yarısı toxumluq üçün. Kartof bu

il faraşdı, üstәlik, az, hәm dә xırdadı. Keçәn mövsüm hәr

bitki iki-üç lәkdәn artıq gәtirmәdi, ancaq kartoflar iri idi,

elәsi varıydı yarım kilo gәlәrdi, dadı da bir bambaşqa.

Deyirlәr, kartof cırlaşır vә iki ildәn bir onu başqa tәrә-

vәzlә әvәzlәmәk pis olmaz, әslindә isә öz әlinlә әkdiyin,
   151   152   153   154   155   156   157   158   159   160   161