Page 151 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 151
Altmış yaşlı həyat aşiqinin məktubları

qışında, demәk olar, çarpayıdan qalxmırdım. Yadım- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dadı, hәrarәtdәn yataq mәni necә әsәbilәşdirirdi, üzümü
qoyduğum yastıq alışıb-yanırdı, ayağımla adyalın altın-
da әbәs yerә sәrin yer axtarırdım. Axşamlar halım pis-
lәşәndә, bacım Eloina barmaqlarının ucunda otağa girib,
әlindә toxuduğu nәylәsә köhnә dәmir çarpayımın bir
küncündә özünә yer elәyәrәk, gözlәnilmәz әhvalatlarla
dolu, bitib-tükәnmәyәn növbәti nağılını danışmağa
başlayırdı. Nağılının, adәtәn nә qәdәr çәkdiyi yadımda
deyil, ancaq nağıl sona çatanda, adyalın altında hәmişә
sakit, üzgün halda uzanmış olurdum. Necә duyğulu
anlardı! Sәnin qulluğunda, bax belә durmaq istәyәrdim.
Sәnin üçün val qoymağı oğlun yadından çıxarmır?
Transaminazaların fәallığı nә yerdәdi? Hepatitdә bu fer-
ment hәr şeyi hәll edir. Özünü qoru, әzizim, bu dünyada
sәnin lazım olduğun adam var.

Hәr gün sәni daha çox sevәn
E.S.

151

15 sentyabr

Ey mәnim pәrәstiş etdiyim!
Surәtin günün iyirmi dörd saatı mәndәn әl çәkmir.
Əlimdә sәnin şәklinlә oyanıram vә ona tamaşa elәyә-
elәyә yatıram (әgәr buna yuxu demәk mümkünsә). İndi
xәyalımı sәnin bәdәninin şәkildә aydın görünmәyәn
hissәlәri mәşğul edir: boynundakı çökәk, qoltuğunun
altı, döşlәrinin arasındakı tutqun üçbucaq. Hәrdәn sәni
baxışlarımla elә çox әzizlәyirәm ki, bәdәnini hiss elә-
mәyә başlayıram. Açıq rәngli zәrif tüklәr, çox xırda dә-
niz duzları gözümün qarşısında canlanır. Gecәlәr isә
şәhvani xәyallarla bacarmıram. Ah, hәlә boynundakı
nazik bağ! Dünәn mürgülü-mürgülü әsl mәhәbbәt oyu-
nuna uyaraq onları yavaş-yavaş açırdım. Nә yaman
abırsızlıq, әzizim! Mәnә de görüm, 65 yaşında erotika
   146   147   148   149   150   151   152   153   154   155   156