Page 154 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 154
ayaqlarına baxmaq, doğrudan da, dәhşәtlidi, ancaq 60
yaşlı adam özgә necә olasıdı ki? Akulino kimәsә
girişdimi (içәndә heç üzünü görmә), qara-qurasını
üstünә tökmәsә, әl çәkmәz. Hәr şeydәn şikayәtlәnәn,
hәmişә harasısa ağriyan bu adamların yaşamağa haqqı
yoxdu. Öz ağrılarına görә kimәsә zülm elәmәk olmaz
axı.
Bu il, biz qorxduğumuz qәdәr dә pis olmayacaq.
Acqarına bağırsaqlarıma yaxşı tәsir elәyәn vә bu il
dadmadığımız gavalını hesaba almasaq, mәhsul babat
olacaq, ceviz isә, bәlkә son iyirmi ildә әn yaxşı bar
verәcәk. Ancaq çırpmaq üçün cavanlar çatışmır, cevizi
isә gәzәldәn çıxmamış dәrmәlisәn, yoxsa uşaqlar, quşlar
başında bir dәnәsini dә qoymaz. Biz tәrәfin cevizi –
bizdә ona quş cevizi deyirlәr – qabığının nazikliyilә
seçilir, әlinlә basan kimi sınır. Vaxtı çatanda, bir kisә yol-
layaram ki, sәn dә dadına baxasan.
Sәnin
154 E.S.
20 sentyabr
Sevgilim mәnim! Bunu açıq demәsәn dә, Fede-
rikoya üstünlük verdiyin görünür. Qızının, kürәkәninin,
nәvәlәrinin, demәk olar, adını çәkmirsәn. Sәn ancaq
Federikodan yazırsan, bu istәk dә tamamilә aydındı,
çünki indiki zәmanәdә xәstә anasına qulluq edәn, çay
gәtirәn, val oxudan, yatağının böyründә oturan az gәncә
rast gәlәrsәn. Sәnin Federikoya sevgin o qәdәr böyükdü
ki, axırıncı mәktubunda, demәk olar, başqa heç kimdәn
danışmırsan; madam ki, başım “Elanla tanışlığ”a dair
sәfeh mübahisәyә qarışıb, onun suallarına cavab
vermәyi unutmuşamsa, bu inadkarlığına haqq verirәm.
İcazә ver soruşum: öz işindә o, mәnim adımı çәkәcәkmi?
Mәn bunu istәmәzdim. Sәnin oğlun mәnim “Korreo”da
keçdiyim yolu – nә vasitәçiliyi üzәrimә götürmәyә razı
olanda özümü tәmәnnasız qurban vermәyimi, nә onlar