Page 150 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 150
larla yanaşı, öz keçmişimi tapmağa ümid elәyirәm, çox-

dan ötüb-keçәnlәri axtarıram. Bu mәsәlәdә mәn islahe-

dilmәzәm – hәmişә keçmiş üçün qәribsәyәcәyәm. Prust

üçün mәşhur “madlen” peçenyesi nәdisә, mәnimçün dә

Maçin odur. “Qara mәlәkciyәzlәr”ә qulaq asmaq mәnә

kifayәtdi; gәncliyimi mәnә xatırlamaq kifayәtdi. Böyük

bәstәkarlar isә mәni duyğulandırmır. Onlara hörmәtlә

yanaşıram, ancaq ürәk qızdırmıram. Hәrdәn nәlәrdәnsә

xoşum gәlir, mәsәlәn, Bethovenin “Doqquzuncu sim-

foniya”sı, ya Vivaldinin “İlin fәsillәri”, amma, mәncә,

onları başa düşmәk sәviyyәsinә çatdığıma görә yox,

sadәcә anlaşıqlı olduqlarına görә.

Gәnclәr isә mәni qorxudur. Hәr dәfә Baldomero

Servinogilә gedәndә, uşaqlarının qulaq asdığı musiqinin

gurultusundan qulaqlarım batır, onlarda ürkmüş halda

çıxıb gedirәm. Kremanesdәki gәnc Aspiaslar da elәcә.

Gәnclәrdә bu gurultulu musiqiyә hәvәs, görәn, har-

150 dandı? Niyә onun sәsini belә hündür elәyirlәr? Nәyin
sәsini batırmaq istәyirlәr?

Ümid elәyirәm ki, gәlәcәkdә bir yerdә olanda, mә-

nim musiqini qavrama qabiliyyәtimi inkişaf elәtdirәr-

sәn. Hәyat keçib-gedir vә bu qәdәr gözәl şeylәrdәn hәzz

ala bilmәmәk mәni kәdәrlәndirir. Nә vaxtsa Şopeni

anlamağı mәnә öyrәdәrsәn. Hәmin günü sәbirsizliklә

gözlәyirәm.

Sәnә sadiq olan

E.S.

13 sentyabr

Özünü necә hiss edirsәn, sevgilim? İstәyәrdim
uşaqlıqda angina olanda mәrhum bacım Eloinanın
danışdığı әhvalatlara oxşayan maraqlı, tәsirli bir
rәvayәtlә sәni әylәndirәm. Angina uşaqlığımın bәlası idi.
Əslindә, üç yaşımdan on beş yaşıma qәdәr kәndin sәrt
   145   146   147   148   149   150   151   152   153   154   155