Page 147 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 147
Altmış yaşlı həyat aşiqinin məktubları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Tәki sәnin xәstәliyin ciddi olmasın. Bunu sәnә ürәk-
dәn arzulayan

E.S.

10 sentyabr

Mәnim әzizim, mәnim sevgilim! 147
Bu gün sәhәr, nәhayәt ki, mәktubun gәldi. Sevin-
mәli elә bir şey yoxdu, ancaq heç olmasa, nigarançılığa
son qoyuldu. Bu әzablı iki gün әrzindә ağlıma nә desәn
gәlirdi. Xәstәliyin әlamәtlәri sәndә xarakterikdi: ürәk-
bulanma, başgicәllәnmә, yüngül hәrarәt, dәrinin saral-
ması... Adәtәn belә әlamәtlәrә görә dәrhal diaqnoz
qoymaq çәtindi. Mәrhum bacım Rafaela da әllinci illәrdә
bu xәstәliyi keçirib. Hәkimlәr әvvәlcә Malta qızdır-
masından, sonra qarın yatalağından şübhәlәndilәr,
axırda xәstәliyi düzgün müәyyәnlәşdirә bildilәr. İndi
hepatiti müәyyәnlәşdirmәk daha asandı, ancaq necә
yoluxduğunu tәyin etmәk elә dә asan deyil. Son iki
hәftәdә iynә vurdurmamısan? Adәtәn, xәstәlik iynәdәn,
ya qanköçürmәdәn keçir... Amma indi bunu öyrәn-
mәyin dә xeyri yoxdu.
Sәnin xәstәliyinә üstün gәlmәk üçün başlıca şey
dәrman yox, dözümdü. Sevgilim, hepatit istirahәtlә vә
lazımi pәhriz ilә müalicә olunur. Qızardılmış, acı vә
yağlı heç nә olmaz, yalnız suda qaynadılmış düyü, suda
bişirilmiş әt, çoxlu şәkәr, süd vә süd mәhsulları. Əlbәttә,
pәhriz elә dә xoşagәlәn şey deyil. Mәsәlәn, dadlı yemәk-
lәri xoşladığımdan, mәndәn yaxşı pasiyent olmazdı.
Ancaq öz dediyinә görә, bir halda ki, nә yediyinin sәnin
üçün elә dә fәrqi yoxdur, demәli, hepatitә dözә bilәrsәn.
Mәni yalnız istirahәt mәsәlәn narahat elәyir. Sәnin
fotoşәkillәrinә görә – birinci, nәvәnlә oynadığın, ikinci,
çimәrlikdә sevinәn yerdә tәsvir olunduğun – belә nәticә
çıxarıram ki, dinamik adamsan. Başa düşürәm, әzizim,
   142   143   144   145   146   147   148   149   150   151   152