Page 142 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 142
Hәr ehtimalla nәzәrdә tut ki, mәn del-Karmen

küçәsindәki “İmperio” hotelindә qalacağam. Bu ad çox

xoşuma gәlir. Artıq otuz ildәn artıqdı yalnız bu hotelә

düşürәm. Yaxşı hoteldi, lap tәmtәraqlı olmasa da,

müәyyәn mәnada komfortludu. Mәni tanıyan vә “don

Euxenio” çağıran qapıçı diribaşdı, bütün tapşırıqları

sәliqәylә vә dәqiq yerinә yetirir. Başqa tәrәfdәn, hotel

mәrkәzdә yerlәşdiyindәn, qiymәtlәri dә orta olduğun-

dan (gör bir, hotellәrdә qiymәtlәr necә artdı), bu dәfә

başqa yerdә qal-mağa bir sәbәb görmürәm. Nahardan

әvvәl mәnә nәsә xәbәr vermәk istәsәn, birbaşa ora zәng

vur.

Görüşәndә, az da olsa, tәәccüblәnmәmәyim üçün

son mәktubunda tәfәrrüata varmağın mәni mütәәssir

etdi. Sәnә deyim ki, qadında bәm sәs xoşuma gәlir.

Hündür, ya bizim tәrәflәrdә deyildiyi kimi, ciy-ciy sәs-

dәn zәhlәm gedir. Boşboğaz qadınların hündür sәsi ada-

142 mı yorur, dinmәz qadınlar isә danışmağa başlayanda
adama qeyri-tәbii görünür. Bәm, xırıltılı sәs adamı çәkir,

hәyәcanlandırır, intәhası, dostlarımdan biri deyir ki,

qadında xırıltılı sәsi xoşlayan kişi potensial homoseksua-

listdi. Dәhşәtli deyilmi? Elә dövrdә yaşayırıq, seksә dәxli

olan istәnilәn mәsәlә müzakirә olunur, tәhlil edilir, özü

dә xırda bir şeydәn elmi nәticә çıxarırlar, guya yeganә

hәqiqәt – cinsi meyilin, bәşәriyyәtin onun sayәsindә öz

mövcudluğunu davam etdirdiyi әzәli instinkt olmasıdı.

Bu son sәtirlәri sәnә görüşümüzdәn әvvәl yazıram.

Bir hәftәdәn sonra, ya xeyirә, ya şәrә, hәr şey dәyişәcәk.

Ona görә bu mәktub – başqa şeyә görә yox, yazıldığı

vaxta görә – tarixi mәktubdu. Özümә yer tapmıram,

gecәlәr isә çimir elәmirәm. Əvvәllәr, heç olmasa, mürgü

vururdum, indi bütün günü oyaq qalıram.

Sәnin

E.S.
   137   138   139   140   141   142   143   144   145   146   147