Page 144 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 144
vәziyyәtdә dәrman xәstәlikdәn pis olmurmu? Uşaqları

zorla onların dövrünün nailiyyәtindәn mәhrum elәmәk

hәddindәn artıq sәrt vә ağrılı deyilmi; bu pisdi, yoxsa

yaxşı? Mәn indi qanadı sınmış quşam. Nә elәyim? Əgәr

yanında olub, necәsә ağrılarını yüngüllәşdirә bilsәydim,

sәnә cürbәcür әhvalatlar danışardım, yorulandasa әlini

әlimә alıb yatağından bir an da ayrılmadan yuxunun

keşiyini çәkәrdim. Sonra şeir oxuyardım vә biz kart

oynayardıq. Sәn kart oynamağı xoşlayırsanmı, sevgilim?

Mәn, doğrusu, elә dә bacarmıram. Şahmata, xüsusәn dә

damaya üstünlük verirәm. Dama oynaya bilirsәn? Bu

gün populyarlığını itirәn vә indiki cavanlara az mәlum

olan bu oyunu uşaq әylәncәsi sayırlar, әslindә isә söhbәt

intellektual oyunların birindәn gedir. Rәqibin sәfini

pozub, ona zәrbә endirmәklә damaya çıxmaq, inan

mәnә, şahmatda mat vermәk kimi böyük cәsarәt vә

beyin işlәtmәk tәlәb elәyir. Yox, dama heç dә uşaq әylәn-

144 cәsi deyil. Mәnim fikrimcә, onun yeganә nöqsanı – tax-
tanın tutqun rәnglәridi. Ağ-qara – matәm rәngi, sonun

simvoludu. Şahmat da onun kimi. Heç bir oyun bütün

әzәmәtiylә birlikdә ölümü hiss elәtdirmәmәlidi, mәn

hәyatı hәddindәn çox sevdiyim üçün belә şeylә razılaşa

bilmәrәm. Vәziyyәti dәyişmәk istәdiyimdәn, hәlә gәnc-

liyimdә taxtanın qırmızı-yaşıl xanalı variantını fikir-

lәşdim, damaların da hәmçinin vә hazırlaşırdım onun

patentini alam, ancaq bu vә ya başqa sәbәbdәn bunu

elәmәdim. Mәnә inanmağın gәlmәz, ancaq axirәt dünya-

sını yada salan ağ-qara xanaları görәndә, ehtirasa gәli-

rәm. İntәhası, әzizim, sәnin xәstәliyini nәzәrә alsaq,

tamamilә yersiz düşüncәlәrә daldım. Əgәr bilsәydim ki,

mәni yolun sonunda sәninlә oyun gözlәyir, qırmızı-yaşıl

xanalı taxtanı qoltuğuma vurub piyada Sevilyaya yola

düşәrdim.

Meydanda sәnin teleqramını oxuyarkәn içimdә

sanki nәsә dondu. Yәqin, pis görünürdüm, çünki dağın

kәllәsindәki kilsәyә әl arabasında sement aparan bizim
   139   140   141   142   143   144   145   146   147   148   149