Page 141 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 141
mış yaşlı həyat aşiqinin məktubları
axşam Baldomero hәr şeyi mәnә danışdı vә hәkim heç MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
nә elәyә bilmәdiyindәn, ilahiyyatçı dostum Onesimo
Navasa müraciәt etdim. Savadlı, hәm dә әla psixoloq 141
olan Onesimonun mәktubla ona “sәn Dәccal ola bilmәz-
sәn, cünki o, mütlәq kişi olmalıdı” yazmağı kifayәt elәdi
ki, Rosario Servinonun qorxusu dәrhal yoxa çıxsın. On
iki-on beş il bütün qadınlar kimi normal yaşadı, ancaq
bir dәfә qәzetlәrdә cinsin dәyişdirilmәsiylә bağlı xәbәr
gedәndә (deyәsәn, mәşhur Koçinella idi), Rosario Servi-
nonun yenә başı çöndü, başladı ki, guya kişidi, üstәlik
Dәccaldı vә bunu, kişi mahiyyәtinin gizlәndiyi qadın
görünüşü dә sübut elәyir. Bәdbәxt qadın dostlarından,
sonra qohumlarından, axırda әrindәn qaçmağa başladı
vә onu müalicәxanaya qoymaqdan başqa çarә qalmadı;
yazıq sәkkiz ildi orada yaşayır.
İndi öz mәsәlәlәrimizә qayıdaq. Mәn bir gün әvvәl,
yәni 9-da gedәcәyәm. Xüsusilә kәnddәn sonra Madrid
mәni gicәllәndirir, yanıq iyinә, maşınların, adamların
ora-bura tәlәsmәsinә, işıqforların yanıb-sönmәsinә öy-
rәşmәk üçün vaxt lazımdı... İşıqforlar! Bax әsl bәla bu-
dur! Əzizim, sәn heç bilirdin ki, bu işıqları hәr yerә
düzәndәn sonra ürәk tutmalarının sayı nә qәdәr artıb?
Bununla bağlı statistik rәqәmlәr var. Şәxsәn mәn qәtiy-
yәn tәәccüblәnmirәm. İşıqforlar sanki bizә sataşır, mey-
dan oxuyur, onun qarşısında adam dәrhal öz rahatlığını
itirir vә yalnız onu fikirlәşir ki, necә elәyim bunları alda-
dıb yolu tezcә keçә bilim. Heç hara tәlәsmәyәndә dә on-
lar adamı tәlәsmәyә mәcbur elәyir. Elә mәni, tәqaüddә
olan yaşlı adamı götürәk: görәndә ki, yaşıl işıq indicә sa-
rıyla әvәzlәnәcәk, istәr-istәmәz addımımı yeyinlәdirәm.
Niyә? Mәni kim mәcbur edir? Yolun o üzündә kimsә göz-
lәyirmi? Əlbәttә, yox. Bir dәqiqә tez çatım, ya bir dәqiqә
gec, heç fәrqi yoxdu, ancaq birdәn-birә mәni idmançı
hәvәsi bürüyür vә özümlә bacara bilmirәm. İnan mәnә,
işıqfor – müasir insanın qatı düşmәni, amansız cәlladdı.