Page 146 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 146
çәkir, ancaq elә şirin, elә rahat yatıram ki, oyananda

görürәm, seliyim axıb. Bu isә o demәkdi ki, sakitlik, ya

Onesimo Navasın dediyi kimi, xöşbәxtlik içindә olmu-

şam, çünki onun sözlәrinә görә, yalnız hüzura qovuşa

bilәn yeganә varlıqlar – südәmәr uşaqlar yuxu-da selik-

lәrini axıdırlar.

Əgәr tütün qısa müddәtә hәzz verirsә, qәhvә uzun

müddәt güclü, narkotik tәsir elәyir. Vәrdişimә baxma-

yaraq, onu mәlum olmayan sәbәblәrә görә orqanizmimi

o cür oyatmayan çayla әvәz elәmәyә mәcbur oldum.

Ancaq gücümü toplamaq, çox iş görmәk üçün beynimin

aydın olması lazım gәlәndә, götür-qoy elәmәdәn qәhvә

içirәm. Belә şey tez-tez baş vermir, axır vaxtlar isә lap az

tәsadüf olunur, ancaq nә qәdәr az-az içirәmsә, mәnә o

qәdәr güclü tәsir elәyir. Bu gün sәhәr dә xәbәrdәn

kәdәrlәnib bara getdim, bir fincan qәhvә içdim. O saat

başım düzәldi vә sәnә teleqramla cavab vermәk qәrarına

146 gәldim. Burda teleqraf olmadığına görә Kandidoya
girib, Baldomeroya zәng vurdum, onu evdә tapmayıb,

tәcili Sevilyaya yollamaq üçün teleqramı oğlanlarından

birinә diqtә elәdim.

Əzizim, Baldomeronun bizim münasibәtdәn xәbәri

olduğunu, yәqin, başa düşürsәn; bunu qırx ilin dostun-

dan gizlәdә bilmәdim. Narahat olma, Baldomero heç dә

boşboğaz vә sözgәzdirәn deyil, hәr şeyin yerini bilәn

qanacaqlı adamdı. Amma ona “Elanla tanışlıq” barәdә,

jurnal vasitәsiylә tanış olduğumuzu danışmamışam. Axı

bu, heç dә elә deyil, çünki sәnә mәlum olduğu kimi,

elanın tәsadüfәn qarşıma çıxıb. Sәn mәni başa düşürsәn,

mәn dә özümü başa düşürәm, amma bunu masqaraçı

Baldomerodan gözlәmәk olardımı? İnan mәnә, belә

yaxşıdı. Bir dә ki, hәrәkәtlәrimizi nә üçün kimәsә izah

elәmәliyik?

Ürәyimi boşaldandan sonra, әn çәtin iş qaldı:

gözlәmәk. Başımı nәylә qatım? Əsl müsibәt, bax bun-

dadı.
   141   142   143   144   145   146   147   148   149   150   151