Page 149 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 149
Altmış yaşlı həyat aşiqinin məktubları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əzizim, sәn sağalana qәdәr tez-tez, imkan daxilindә
hәr gün, heç olmasa, qısa mәktub yazmağa çalışacağam.
Vacibdi ki, mәnim tәәssüratım daim sәni müşayiәt etsin,
xәstәliklә mübarizәyә yardımçı olsun. Rahatlığını qoru,
transaminazana diqqәtli ol vә mәni vәziyyәtdәn xәbәr-
dar elә. Heç bir proqnoza fikir vermә. Hepatitin nә qәdәr
davam edәcәyini heç kim әvvәlcәdәn xәbәr verә bilmәz.
Hәr şeyin on beş günә keçib getdiyindәn (ancaq belә şey
az-az olur), aylarla çәkәn müalicәdәn dә xәbәrim var.
Ümidimizi üzmәyәcәyik, әzizim. Bil ki, sәnin yanın-
dayam, xәstәliyinin sağalacağını ümidlә gözlәyirәm.

E.S.

12 sentyabr

Sevimlim mәnim! 149
Musiqiyә qulaq asırsan? Sәnin vәziyyәtindә bun-
dan yaxşı nә ola bilәr ki! Otağını elә әtraflı tәsvir
elәyirsәn, sәni aydınca görürәm. Federiko hәqiqәtәn
sәnә qarşı çox diqqәtli vә nәzakәtlidi. Motsart, Haydn,
Bax... Necә nәfis musiqi menyusudu! Mәn heç vaxt sәnә
musiqidәn yazmıram. Bu mövzu barәdә biz ayrı-ayrı
dildә danışırıq. Musiqi vә riyaziyyat – insan fәaliyyә-
tinin mәnә uzaq olan iki sahәsidi. Mәn xalq musiqisinin
böyük pәrәstişkarıyam, ancaq klassika mәnә çatmır.
Maçinin1 vә Qardelin2 ölümüylә musiqidә әsl hisslәr dә
öldü, onlarla birlikdә yoxa çıxdı. Bunda da qәribә heç nә
yoxdu. Eyni şeylәr әdәbiyyatda, rәssamlıqda, elә hәyatın
özündә dә baş verir. Çoxları üçün duyğu öz estetik dә-
yәrini itirib. Mәn, qoca inadkar isә incәsәnәtdәn hәlә dә
emosionallıq tәlәb elәyirәm. Musiqidә sәmimi duyğu-

1 Antonio Maçin – Kuba müğənnisi; onun sentimental mahnıları qırxıncı
illərdə İspaniyada geniş şöhrət qazanmışdı.
2 Karlos Qardel – Argentina müğənnisi və kinoaktyor, xalq mahnılarının
məşhur ifaçısı. Onun çıxışları Argentina tanqosuna dünya şöhrəti
qazandırıb.
   144   145   146   147   148   149   150   151   152   153   154