Page 158 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 158
26 sentyabr

Əzizim!
Bugecәki hәyәcandan sonra yuxuya getmәk olmur.
İndi saat yeddidi, sevgilim, oturub sәninlә yenidәn
dәrdlәşmәk istәyirәm. Hamısı da ona görә ki, gecәyarısı,
Milli radio xәbәrlәr buraxılışına başlayanda, Aya baxıb,
Motsartın valını patefona qoydum vә әsl sarsıntı keçir-
dim. Öz duyğularımı sәnә necә çatdırım? İlk dәqi-
qәlәrdә, sanki can verirdim. Ürәyim ağzımdan çıxırdı,
elә bәrk-bәrk, elә tez-tez vururdu, dedim, halım xarab
olacaq. Hәmin dәqiqә sәni yanımda hiss elәdim vә eyni
zamanda, hәyәcanla Motsarta qulaq asan siluetimizi
Ayın fonunda gördüm. Necә olub ki, sәnә klassik musi-
qini başa düşmәdiyimi yazmışam? Heç kimin belә de-
mәyә haqqı yoxdu. Bizim onu duymağımız sırf ovqat
mәsәlәsidi. Hәmin gecә Motsart tәkcә ustad deyildi,
hәm dә bizim müttәfiqimiz idi. Mәn sәni fikirlәşir, sәnin
158 dә mәni düşündüyünü bilirdim, Motsart isә öz gözәl
musiqisiylә bizim “görüşümüzә” yardımçı idi. Sevgilim,
mәn bir an özümü xöşbәxtliyin zirvәsindә hiss elәdim.
Harda olduğumu unutmuşdum, daha doğrusu, mәn
burda deyildim, sәnin yanındaydım vә nәfәsini duyur-
dum. Mәn sanki özümdәn kәnardaydım vә eyni zaman-
da, özümdәydim, sәnә tamaşa elәyib, öz duyğularımdan
baş çıxarmağa çalışırdım, başqa sözlә desәk, ruhәn iki-
lәşmişdim. Mәn eyni vaxtda hәm qәhrәman, hәm dә sta-
tist idim vә musiqi bitәndә, vur-tut bir neçә dәqiqә
keçdiyinә, tәrpәnmәyә belә macal tapmadığıma görә
dilxor oldum.
Sәbirsizliklә mәktubunu gözlәyirәm. Sәnin gәlişinlә
mәst olmağım vә bugünkü yuxusuzluq, mәktubumdakı
rabitәsizliyi üzrlü edir. Günәşin şam ağaclarının başını
qızılı rәngә boyadığı bu an mәntiqli olan yeganә şey, –
sәni hәr gün daha qızğın, daha ehtirasla sevmәyimdi.
Sәnin
E.S.
   153   154   155   156   157   158   159   160   161   162   163