Page 134 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 134
çinin qәzeti xilas etmişәm. Tanrı şahiddi, mәgәr bәraәt
üçün bu, mәnә haqq vermirmi?
Ona görә Bernabe işdәn çıxarılanda, etiraf elәyirәm
ki, öz dövranımın yetişdiyini düşündüm vә faktiki ola-
raq artıq on beş ildi apardığım vәzifәyә tәsdiqlәnәcә-
yimә şübhәm yox idi. Tәbii ki, başqa namizәdlәr dә
vardı – bütün redaksiya! – bircә Baldomero Servinodan
savayı; o, nazirlikdәki ikinci işini atıb özünü bütünlüklә
qәzetә hәsr elәmәk istәmirdi. Tәvazökarlıqdan uzaq olsa
da, deyim ki, onların heç biri mәnim ayağımın heç tozu
ola bilmәzdi. Bir neçә hәftәnin hәyәcanı mәyusluqla
әvәz olundu: Şuranın qәrarı ilә “Korreo”nun yeni di-
rektoru Madrid modabazı, beş-altı alababat romanın
müәllifi, üstәlik, Şuranın keçmiş üzvü don Xulio Vidalın
bacısı oğlu Xuan Manuel Lopes Aldama oldu. Sәnә yenә
izah lazımdımı, әzizim? Bәlkә oğlun Federikoya lazım-
dı? Mәn hәmişә intizamlı olmuşam vә yeni tәyinatımı
134 heç bir narazılıq büruzә vermәdәn qәbul elәmişәm. Mә-
yusluğumu tәkcә sadiq dostum Baldomero Servino
sezib. Bilmәk istәyirsәn niyә mәni seçmәmişdilәr? Söz-
gәzdirәnlәr demişdilәr ki, pis işçi deyilәm, kifayәt qәdәr
çalışqan icraçı vә zәhmәtkeşәm, ancaq yazmağı bacar-
mıram, tәşkilatçılıq qabiliyyәtim yoxdu; әslindә isә dilә
gәtirmәdiklәri başlıca sәbәbi – Bernabe del Moralın hi-
mayәçiliyini mәnә bağışlamamışdılar. Hәr necә olsa, in-
cikliyi üzә vurmadım, ancaq ilk gündәn әmin oldum ki,
yeni direktor don Xuan Manuelin (әzizim, özünü tәsdiq
etmәk üçün soyadıyla tәqdim olunan adama heç vaxt
etibar etmәmişәm) naşılığı yaxşı nәticәlәnmәyәcәk.
Doğrudan da, öz bildiyi kimi hәrәkәt elәyәn, amma
fәrasәt sarıdan yarımayan, müxtәlif peşәkar bicliklәrdәn
xәbәrsiz vә ümumiyyәtlә, şәhәrdә tәzә olan bu adam
bütün gücünü siyasi mübarizәyә yönәltdi, bu da ta-
mamilә mәnasız idi vә onun tәcrübәsizliyindәn xәbәr
verirdi. İzn verilәn ona kifayәt etmәdiyindәn daha çox
azadlıq әldә elәmәyә çalışırdı. Yersiz hәrәkәt! Axı onda