Page 108 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 108
dә unutmayın. Diplomatda әrdә olan qızınızın Cenevrә-
dә yaşadığını bilmirdim. Çox-cox illәr әvvәl yolüstü
Cenevrәdә olmuşam. Bizim dar, dözülmәz “arı yuvala-
rından” fәrqli olaraq, geniş, sәliqәli, tәmiz şәhәrdi. Qızı-
nıza dәymәk fikriniz yoxdu? Bәs üç qız – Silviyanın
qızlarıdı, ya Sevilyadakı bacılarıdı? Oğlan nәvәniz
olmağını istәmirsiniz?

Sizә sadiq olan vә hәmişә Sizi düşünәn,
E.S.

4 iyul

Əziz dost!

Yerli poçtalyon Moises Uidobro (hәrdәn alqvasilin1

vәzifәsini dә yerinә yetirir) paytaxtdan göndәrdiyinizә

görә üç gün gecikәn mәktubunuzu mәnә çatdırdı. Yola

108 çıxmamışdan әvvәl qarışıqlıqda yadımdan çıxdı deyәm
ki, mәktubu birbaşa kәndә yazasınız. Ünvanı göstәrmәk

heç dә vacib deyil; Kremanes balaca kәnddi, burda hamı

bir-birini tanıyır. Əgәr bura yazsanız, mәktub bir, ya iki

gün tez çatar. Göndәrilәn mәktublar ikinci әldәn alınan,

gömrük baxışından keçәn, ya tәhqir olunan şey kimi

mәni mәyus edir. Belә mәsәlәlәrә ürәk ağrısıyla baxı-

ram. Rafaela mәzuniyyәt vaxtı bizә gәlәndә qәzeti mәn-

dәn әvvәl oxumasına icazә vermirdim. Əks tәqdirdә

bundan lәzzәt ala bilmirdim, mәnә elә gәlirdi, kiminsә

oxuduğu qәzet artıq öz ilkinliyini itirib vә buna görә

daha mәndә maraq oyatmırdı.

Bu mәktubu bacım Rafaelanın adyal salıb ensiz

tuman vә lifçikdә uzanaraq özünü günә verdiyi şüşә-

bәnddә yazıram. İlahi, necә vaxtlar var idi! Şüşәbәnd

indi kölgәlikdi, evlә üzbәüz yamacı vә Piko-Altunu isә

1 Alqvasil – qanunvericiliyə uyğun olaraq İspaniyada məhkəmə və
tribunalların əmrlərini yerinə yetirməyə məsul olan kiçik vəzifəli şəxs
   103   104   105   106   107   108   109   110   111   112   113