Page 102 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 102
çürük elәyirәm, ancaq son qәrarı vermәyi bacarmıram,

әslindә, heç bir qәrara gәlә bilmirәm. Bunun qeyri-

mümkün olduğunu bilә-bilә hәqiqәtә can atmaq mәni

kәdәrlәndirir vә ruhdan salır.

Bu sәhәr vanna qәbulu әsәblәrimi sakitlәşdirmәdi.

Qәdim şәrq hoqqalarının da xeyri olmadı. Vanna otağın-

dan çıxıb, çalışqan ev qulluqçum Kerubinanı mәtbәx

şotkasıyla qonaq otağını süpürәn görәndә, әsәblәrimi

cilovlaya bilmәyib onu möhkәmcә danladım. Qadının

müti baxışlarla dinmәzcә üzümә baxmağı mәni lap

özümdәn çıxardı. Əsәblәr sözә baxmayanda, isterikaya

düşmәmәk üçün gәrәk hirsi hansısa mәqamda boğmağı

bacarasan. Qәzәbi sözlә hirsini yatırmağa çalışmaq heç

nә vermir, hisslәrimizin bu cür aşıb-daşmasının gülünc

olmasına baxmayaraq, hikkәmiz, uzağı, hәddini aşacaq

vә ağlımızı tamamılә itirәcәyik. Hәrdәn fikirlәşirәm ki,

hirsli başla edilәn bir çox cinayәtin sәbәbi, heç dә qur-

102 banına olan kindәn yox, özünә, öz zorakılığına olan
nifrәtdәn, daha düzgün desәk, öz eybәcәr hәrәkәtlәrin-

dәn doğur.

Fotoşәkliniz olan mәktubu bu gün sәhәr belә әsәbi

vәziyyәtdә olduğum vaxt aldım. Hәr şeyin bircә anda

dәyişdiyinә inanırsınızmı? Yanğınsöndürәnin köpüklü

şırnağıyla sönәn alov kimi, hirsim o saat yatdı. Poçtu

gәtirәn Kerubinaya gülümsәyib, heç kimin mane olma-

ması üçün kabinetimә keçdim. Nәhayәt, Sizinlә, Sizin

canlı obrazınızla üzbәüzük. Nәvәnizin (şübhә elәmirәm

ki, qıdıqladığınız qız Sizin nәvәnizdi) yaşına görә, şәklin

beş-altı il әvvәl çәkildiyi nәticәsinә gәlirәm. Sәhv etmi-

rәm ki? Belә görünür, Siz dә şәkil çәkdirmәk hәvәskarı

deyilsiniz.

Şәkildә ürәkdәn gәlәn, sәmimiyyәt yağan tәbәssü-

münüz xüsusılә xoşuma gәlir. O, Rafaelanın tәbәssü-

mündәn fәrqlidi. Sizin tәbәssümdәn xoş ovqat, özünә

inam duyulur. Onunkunda isә bir az anlaşılmazlıq

varıydı. Ancaq bunun nә mәnası! Gözәl tәbәssümlәr
   97   98   99   100   101   102   103   104   105   106   107