Page 94 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 94
aparatın qarşısında oturmamaqdı. Bilirsiniz necә? Re-

sept sadәdi: verilişlәri seçmәk. Buna cәhd etmisinizmi,

dostum? Sizә mәslәhәt görürәm, sınaqdan keçirin, fay-

dasını görәrsiniz. Qutunun qabağında oturmaq, bax

onda adamı gic elәmir, әylәncәli, bәzәn hәtta maarif-

lәndirici olur.

Televizora müntәzәm olaraq sәkkiz il әvvәl bax-

mağa başlamışam, onda sol ayağımın kiçik baldır sümü-

yü sınmışdı, ayağım az qala iki ay gipsdә qaldı. Sexdә

pәncәmi yerә düzgün basmamışdım – işdә rastlaşdığı-

mız әn adi zәdә. Deyilәnә görә, bәdәnin çәkisi qarşılı-

ğında, pәncәnin müәyyәn vәziyyәti bu çür sınıqlara

sәbәb olur. Son dәrәcә acınacaqlı nәticәsi olan axmaq

tәsadüf.

Televizor xәstәsi rәhmәtlik bacım Rafaela idi. Mәzu-

niyyәtdә olanda vә tәqaüddәn sonrakı illәrdә hipnoz

olunubmuş kimi, saatlarla ekran qarşısında otururdu.

94 Onun azarını bildiyim üçün sürpriz elәmәk istәdim vә
çox baha olmasına baxmayaraq, rәngli televizor aldım.

Rәnglәrin bizi niyә mәftun elәdiyi barәdә nә deyә

bilәrsiniz? Biz yaşlılarda, mәdәniyyәt pәrdәsinә bürün-

sәk dә, uşaqlığımızdan, ya ibtidai insandan nәlәrsә qalır,

ona görә rәngli tәsviri ağ-qaradan üstün tuturuq. Aydın-

dı ki, rәng, bәdii mәnanı, azacıq da olsa, artırmır, intә-

hası, әn mәnasız verilişi dә kiçik tamaşaya çevirir.

Mәrhum bacım Rafaela yetmiş yaşında da öz cazi-

bәdarlığını saxlamışdı. Hәr şeyi unudub televizorun

qarşısında donub qalanda, hәrdәn hiss elәmәsin deyә,

gizlincә, mәftunluqla ona baxırdım: tamam açıq qoyma-

mağa çalışdığı geniş alın, balaca burun, dolu dodaqlar,

irәli çıxmış almacıq sümüklәri vә әn başlıcası, hәtta boy-

nunda da qırış olmayan şümal dәri. Uşaqlıqda onu

mәlәk bilirdim: boynunu dik tutub gәzmәsi, adamı

hәvәsә salan balaca döşlәri, qamәti, yumru budlarını da-

ha artıq nәzәrә çarpdıran incә beli. Rafaela çox gözәl

qadın idi vә hәr şeyә, xüsusәn dә kişilәrә etinasız müna-
   89   90   91   92   93   94   95   96   97   98   99