Page 93 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 93
mış yaşlı həyat aşiqinin məktubları

Agentliyi üçün mәqalә. Saat birdә nahara qәdәr MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
gәzirәm. Marşrutum havadan vә fәsildәn asılı olaraq
dәyişir, ancaq hökmәn tәmiz havada oluram. Nahardan 93
sonra Madrid qәzetlәrini vәrәqlәyirәm, bir az televizora
baxıram, bir az krossvord hәll elәyib, yenә evdәn çıxı-
ram, çünki elә gün olmur ki, şәhәrin harasındasa müha-
zirә oxunmasın, sәrgi açılmasın, ya da başqa nәsә
olmasın. Mәn qayıdanda Kerubina qonaq otağına sinidә
yemәk verir. Kresloda yerimi rahatlayıb verilişlәr qur-
tarana qәdәr televizora baxıram. Gecә yarıdan ötәndә
uzanıb iki saat mütaliә ilә mәşğul oluram, ancaq, adәtәn,
seks vә demaqogiyanın baş alıb getdiyi ispan roman-
larını yox, dünyada mәşhur olan xarici әdәbiyyatı. Yeri
gәlmişkәn, “Xolokaust”u oxumusunuzmu? Televiziyada
baxmısınızmı? Yәhudi kapitalizminin qalığı deyil ki?
Sizin fikrinizi bilmәyimә şad olardım.

Sәmimiyyәtlә,
E.S.

8 iyun

Əziz dost!
Sizdә yaranmış tәәssürata baxmayaraq, mәn elә dә
televizor hәvәskarı deyilәm. Nahardan sonra televizora
lap az baxıram – saat 15:00 xәbәrlәrinin sonuna vә ondan
sonrakı verilişә. Tәbii ki, hәr gün yox. Axşamlar başqa
mәsәlә. Axşamlar televiziyaya nadir hallarda iki saatdan
az vaxt ayırıram. Bәs nә gözlәyirdiniz? O, yeganә müsa-
hibdi ki, söhbәti ürәyinizcә olmasa, ağzını yuma bilәr-
siniz. Onu da deyim ki, şәxsәn mәnә televiziya bir o
qәdәr dә pis gәlmir. Yaxşı televiziya heç harda yoxdu,
әgәr elә – qәrәzsizcәsinә yaxşı – olsaydı, daha pis olardı,
çünki әksәriyyәti zövqsüz vә intellektual cәhәtdәn id-
diasız olan tamaşaçı onu qәbul elәmәzdi. Ən başlıcası –
televiziyanın yedәyindә getmәmәk, saatlarla boş yerә
   88   89   90   91   92   93   94   95   96   97   98