Page 87 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 87
mış yaşlı həyat aşiqinin məktubları
canla bu tәntәnәli mәrasimi müşahidә edirdim, işlәmә- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
diyimiz bazar günlәrisә nәsә itirmiş kimi olurdum. Tәzә
boyanın qoxusu, fırlanan barabanların görünüşü, çap 87
maşınlarının gurultusu, ardı-arası kәsilmәyәn zәnglәr,
ümumiyyәtlә, hәr gecә sәhәr açılana qәdәr davam edәn
o mühit indi mәnә hava-su kimi lazımıydı. Gecә saat
dörddә hәlә tәzә boya qoxuyan qәzetlә evә gedirdim.
Gec olduğuna baxmayaraq, bacım Eloina yatmayıb mәni
gözlәyir, daha uşaq olmasam da, tezcә mәni qucaqlayır,
әzizlәyir vә ötәn günün xәbәrlәrini әtraflı danışmağa
mәcbur edirdi.
Artıq әmәkdaşlarımızın rәğbәtini qazanmışdım, elә
gün olmurdu ki, bizim direktor don Fernando Masias,
senyor Ernandes, ya Baldomero Servino (sonralar mә-
nim әn yaxın dostum olmuşdu) hansısa kiçik bir mәqa-
lәnin redәktәsini mәnә tapşırmasınlar. Bir dәfә direktor
yazdığım qısa şәrhi tәriflәdi, bu da mәnim üçün әsl
hadisә oldu, sanki birdәn-birә mәşhurlaşmışdım, özümә
güvәncim artmışdı, qürurlanırdım vә o vaxtdan boş olan
kimi özüm nәsә bir iş istәyirdim. Senyor Ernandesin
tәbirincә, “hazır cümlәlәr portfeli”nә belәcә yiyәlәndim
vә çox tez bir zamanda özüm üçün әsas fikirlәri aydın-
laşdırdım; mәsәlәn, qırx yaşa qәdәr “ölüm” – vaxtsız
demәkdi, mәrhum – “ölü”, әlli yaşı adlamış qadın – son
dәrәcә “ismәtli”, hәmişә “cәsur” – hәrbçilәr vә “satın alı-
na bilmәyәnlәr” – hakimlәr. Bu siyahı sadә, hәmçinin elә
dә böyük deyildi vә artıq bir neçә hәftә keçәndәn sonra
epitetlәri peşәkar kimi asanca yerli-yerindә işlәdirdim.
Elә o vaxt indi dә yadımdan çıxmayan ilk sәhvimi elә-
dim, qadının yaşı vur-tut әllini adladığına görә, hansısa
fahişәxananın sahibini nekroloqda “ismәtli” adlandır-
mışdım, bunun da nәticәsindә don Fernando tәrәfindәn
ciddi tәnbeh olunmuşdum.
Üç il, 1936-cı ilә qәdәr hәyatım belәcә keçdi, Milli
inqilab baş verәndә, başqaları kimi, mәn dә sәfәrbәr
olundum. Qayıdanda “Korreo” redaksiyasını bir az