Page 82 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 82
bilmirәm, bunu hәlә dә aydınlaşdırmağı bacarmamı-
şam. Bir şey şübhәsizdi: istәdiyim vaxt ayıla bilirәm.
Hәrdәn bu mürgülü vәziyyәtdәn üzülmüş halda tәsәv-
vürümә gәtirdiyim qoyunları saymağa başlayıram, ya
hansısa vәtәrin ayaq barmağımdan tutmuş qasığıma
qәdәrki yolunu izlәmәyә çalışıram, amma yenә yuxu-
laya bilmirәm vә әgәr hәqiqәtәn belәdisә, demәli, qo-
yunları saymağımı, ya vәtәri tәsәvvürümә gәtirmәyimi
yuxuda görürәm. Yәni, doğrudanmı nahaq yerә yuxu-
lamağa çalışaraq, qoyunları saymışam, vәtәrimi dü-
şünmüşәm, ya gecә elә hey qoyunları sayıb, vәtәri
tәsәvvürümә gәtirmәyi yuxuda görmüşәm? Bilmirәm,
bәdbәxtlik dә elә bundadı.
Bu vәziyyәtә çatanda, bütün gücümü qoyuram ki,
şüurumu tamamilә söndürәm, әsәb hüceyrәlәrimlә
üzülüşüb, dәrin yuxuya dalam. Əbәs cәhddi! Yuxuya
getmәyi nә qәdәr çox istәsәm dә, yuxusuzluq üstün
82 gәlir. Gәrginlik son hәddә çatanda axırıncı imkan kimi
nevroloji vasitәlәrә әl atırsan: burnuna damcı tökürsәn,
qulağına pambıq tıxayırsan, gözlәrinә sarğı bağlayır-
san... Bu vasitәlәrin içindә әn dahiyanәsi qulaqları
tıxamaqdı. Dünyadan tәcrid olunmaq üçün necә dә adi
üsul! Tıxacın kömәyilә әldәn düşmüş zavallı qulağına
vaxtında dinclik verirsәn. Tәcrid olunmaq duyğusu
әvvәl-әvvәl narahatçılıq yaradır, ancaq bir az öyrәşәn
kimi rahatlanırsan: daha nә mühәrrik sәsi var, nә qonşu-
dakı televizor, radioqәbuledici, nә әylәc sәsi... Əgәr bu
vasitәni sınaqdan keçirmәk fikri Sizә cәlbedici görünsә,
rezin tıxacdan imtina elәyin, yumşaq mum tıxac qulaq
deşiyinә gözәl uyğunlaşır (bunu yazmağıma bәndәm, o
saat mәndә şübhә oyandı ki, bәlkә qarabasmalarımın
sәbәbi fikirlәrimi başımda kip qapadan tıxacdı, onlar da
qapağın içindәki milçәk kimi beynimdә qaynaşırlar?
Belә görürәm, yeni eksperimentlәr aparmalı olacağam).
Tәbii ki, senyora, mәn Freydi oxumuşam. Onun ki-
tablarının nәzәri baxımdan (yalnız o cür) diqqәtimi