Page 77 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 77
mış yaşlı həyat aşiqinin məktubları
vә çalışıb bizi pis-yaxşı dolandırmağı bacardı. Mәn do- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ğulanda anamın qırx yeddi yaşı varıydı, o vaxtlar kәnd
arvadları arasında belә şeyә az tәsadüf olunurdu. Bir 77
yerdә rahatca yaşayırdıq, o vaxta qәdәr ki, ailәni sax-
layan böyük qardaşım Teodor günlәrin bir günü Kor-
nexoda özünә adaxlı tapdı. Bax onda ailәmizdә әndişә,
evlәnәndәn sonra isә ixtilaf yarandı. Qısası, mirası bö-
lüb, öz payımızı satdıq vә on beş yaşına çatan kimi ba-
cım Eloina ilә paytaxta köçdük. Müәllim olan bacım
Rafaela qonşu Akulina kәndindә o vaxta qәdәr artıq
mәktәb açmışdı. Avtobusla yarım saatlıq mәsafәdә
yerlәşdiyindәn, adәtәn, hәftәnin yalnız son günlәrini
bizimlә keçirirdi. Açığını desәm, yaxşı ki, ayrı yaşa-
yırdıq, çünki sәrtxasiyyәtli vә daha savadlı olan Rafaela,
Eloina ilә yola getmirdi, ona qarşı saymazyana dav-
ranırdı. Sifarişlә paltar tikәn, ev işlәriylә mәşğul olan
Eloina isә sadә insan idi, ancaq nә qәdәr xeyirxah olsa
da, bacısının hәr şәnbә xanım kimi tәşrif buyurması ona
toxunurdu. Bu zәmindә aralarında yaranan ixtilaf get-
gedә dәrinlәşirdi. Hәrdәn mәnә elә gәlir ki, әgәr bacı-
larım o zaman tamam üzülüşmәmişdilәrsә, o da yalnız
mәnә görә olmuşdu. Hәr ikisi, lәyaqәtini alçaltmadan
rәqibini gözdәn salmaqla mәni öz tәrәfinә çәkmәyә
çalışırdı. Əslindә, münasibәtlәrindә pislikdәn çox, uşaq-
lıq varıydı vә ailә qurmadıqlarına görә, Rafaela rәhmәtә
gedәnәcәn istәr-istәmәz bir-birilәrinә dözmәli olmuş-
dular. Zavallı Eloina artrozun bütün әzablarına qatlaşıb,
son illәr zorla yerisә dә, daha çox yaşadı vә ağlı başında
olmadan, sadәcә qocalıqdan vәfat elәdi.
Haçansa qonaq otağındakı kamoddan tapdığım bir
neçә mәktubdan bildim ki, hәkim olan mәrhum Baruke
dayı nә vaxtsa Eloinanı almaq istәyib, hәtta ona pәrәstiş
dә elәyib, ancaq namәlum sәbәblәrә görә istәyi baş tut-
mayıb. Baruke dayım heç vaxt evlәnmәmişdi, öz kürәn
atının belindә dәliqanlı kimi şәstlә otururdu; onda
adamı mәftun elәyәn nәsә bir kübarlıq varıydı. Vә