Page 74 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 74
dı. Əgәr hәr kәs öz tәrәfinә çәksә, heç nә alınmayacaq,
harmoniya pozulacaq. Siz, yәqin, kәndә vur-tut bir-iki
günlüyә getmisiniz, belә bir müddәtdәsә ona qaynayıb-
qarışmaq mümkün deyil. Kәndә gәlәndә şәhәrin hay-
küyü hәlә başınızda olur vә kәnd hәyatının lәngliyi,
vaxtın gec keçmәsi adamı üzür, başını nә ilәsә qata
bilmirsәn, sakitlikdәn, tәklikdәn bir fayda görmürsәn.
Bunu ancaq tәdricәn әldә etmәk olar, gәrәk özünü hәya-
tın axınına buraxasan. Mәn inanmaq istәmirәm ki, musi-
qini sevәn, mәktublarında bu qәdәr hәssaslıq sezdiyim
Sizin kimi bir şәxs kәndi duymasın, ona öyrәşә bilmәsin.
Mәnim kәndim, Siz güman etdiyiniz kimi, heç dә
Vilyarkayo deyil, dağ döşündә, on beş kilometr yüksәk-
likdә yerlәşәn Kremanesdi. Yolu dar, әyri-üyrü olsa da,
bu yaxınlarda asfaltlandığına görә ora getmәk rahatdı.
Mәn bu kәnddә doğulub-böyümüşәm. Hәyat elә gәtirdi
ki, on beş yaşında kәndi tәrk edib, bacılarımla birlikdә,
74 qәbirlәri nurla dolsun, paytaxtda mәskunlaşası olduq.
İllәr sonra maddi vәziyyәtim düzәlәndә, dikdә uçuq-
sökük bir ev alıb, kök, azdanışan vә astagәl olsa da, öz
işini yaxşı bilәn kәndin bәnnası Ramon Nonatonun kö-
mәyilә daşı daş üstә qoyub onun bәrpasına girişdim.
Evin sağ tәrәfindә iki qarağac ucalır, kölgәsinә mühari-
bәdәn sonrakı aclıq illәrindә un alveriylә özünü tutmuş,
burnunu hәr yerә soxan dәyirmançı Akilino Fernan-
desin mәnә satdığı dәyirman daşından düzәldilmiş stol
qoymuşam. Vaxtımın çoxunu bu stolun arxasında keçiri-
rәm, yeyirәm, oxuyuram, krossvord hәll elәyirәm, әn
başlıcası, tәbiәtin seyrinә dalıram. Hәr yay birәbitdәn
quşu cır gilәnar ağacının başında bala çıxarır, hәşәrat
tutmaq üçün hәlә balaca olduqlarından, çörәk qırıntısı
dәnlәmәyә ayağımın yanına uçub gәlirlәr. Hәmin vaxt
onların sinәsi bәzәkli olmur vә öz nazik ayaqlarının
üstündә çox cәld oyan-buyana tullanırlar. Hәrdәn
günorta bürkü olanda qarağacın budaqlarında dincәl-
mәk üçün qovaq meşәsindәn qumrular, sığırçınlar uçub