Page 69 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 69
mış yaşlı həyat aşiqinin məktubları
metr altmışdı, di gәl, çәkim – 85 kiloqram – boyuma uy- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ğun deyil vә köklüyә meyilli olduğumu göstәrir. Köhnә
dostlarımdan biri, Onesimo Navas iri qarnıma işarә 69
edib, onu “artan xoşbәxtlik” adlandırır, ancaq açığını de-
sәm, uşaqlıqdan başqa heç vaxt әsl xoşbәxtliyin nә
olduğunu bilmәmişәm. Doğrudu, özümü fәdakarcasına
sәnәtimә hәsr elәmişәm, uğurlarım olub, iztirablarım da
az olmayıb, nәhayәt, Tanrımla vә öz vicdanımla hüzur
içindә istirahәtә çıxa bilmişәm.
Soruşursunuz, xәstәyәmmi? Mәsәlә başqa cürdü.
Hәkimin qәbul otağında gözlәmәyimin sәbәbi başqadı.
Sosial tәminat xәttiylә rәsmi hәkimim vә dostum, doktor
İdalqo mәnә başqa hәkimin – kafedәki mәclislәrdәn ta-
nıdığım doktor Romeronun yazdığı resepti lütfkarlıqla
imzalamağa razı olur. Başqa sözlә desәk, ikinci hәkimin
yazdığı reseptә möhür vurdurmaq üçün mәn onda bi-
rinci hәkimin qәbuluna getmişdim1. Ola bilsin, elә dә
әdalәtli üsul deyil, ancaq onun sayәsindә beynәlxalq
laboratoriyaların ucbatından dәrmanların indiki qiymәt
artımında bir neçә pesetә qәnaәt elәyә bilirәm.
Köhnә mәhәllәdә hәlә salamat qalmış yeganә kafe-
dә bazar günlәrindәki mәclislәrimizdә bir neçә hәkim
dә olur; onlardan eşitmişәm ki, dövlәt sәhiyyә sahә-sin-
dәki axırıncı yenilik ev hәkimi mәsәlәsidi; indi unudul-
muş bu hәkimlәr xәstә ilә laqqırtı vurmağı da, tәpitmә
qoymağı da, sәpmә yatalağı sağaltmağı da bacarırdılar;
klinikalara, xәstәxanalara xәstә axınını necәsә azaltmaq
üçün onu bu gün tәzәdәn bәrpa elәmәyә çalışırlar. Bәs
Siz bilirsinizmi ki, bizim şәhәrdә bir xәstәxana çarpayısı
neçәyәdi? On min peset! Tәsәvvür elәyirsinizmi ki, bu
on minә nәlәr elәmәk olar!
Anadan olduğum Vilyarkoya rayonunun әtrafın-
dakı kәnddә bir müddәt әvvәl ikimәrtәbәli köhnә daş
ev almışam, indiyә qәdәr mәzuniyyәtimi orda keçirir-
1 Sosial təminat təşkilatının həkimlərinin reseptiylə təqaüdçülər üçün yazılan
dərmanlar pulsuzdu.