Page 66 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 66
duza qoyulması dünyanın özü kimi qәdimdi. Bәs bunun

harası nailiyyәt oldu? – soruşuram. – Hardadı tәrәqqi?

Mәndәn iyirmi yaş böyük olan mәrhum bacım

Eloina, qәbri nurla dolsun, әla yemәk hazırlayırdı, ancaq

köhnә qayda ilә. Odun peçindәn başqa heç nәdәn

istifadә elәmirdi. Odunun, kömürün üstündә Eloina

lәzzәtli yemәklәr bişirirdi. Yemәklәrinin dadlı olmasının

sirri dә elә bunda idi. Senyora, heç dә düşünmәyin ki,

bizim evdә nәsә lәziz tәamlar hazırlanırdı; axı mәtbәxi

sәnәt elәyәn tamam başqa şeydi – gәrәk adi yemәkdәn

hәzz alasan, gündәlik yemәklәri dadlı bişirmәyi baçara-

san: Kastiliya kosidosunu1, şorbaları, mәrci supunu.

Rәhmәtlik bacım Eloina necә lәzzәtli kosido bişirәrdi.

Keçәn cümә günü mәni qәzetdә işlәyәn yaxın dos-

tum Baldomero Servinonun evindә kosidoya qonaq

etdilәr. Pis hazırlandığını demәzdim, ancaq onda başlıca

şey çatışmırdı – bilirsiniz nә? – qiymә! Senyora, Siz Kas-

66 tiliya kosidosunu qiymәsiz tәsәvvür elәyә bilәrsinizmi?
Yalnız yumşaq, әdviyyatlı, şirәsi canına hopmuş qiymә-

yә görә bu yemәyi qiymәtlәndirmәk olar. Tez-tez rast

gәlinәn başqa bir sәhv: adi kәlәm әvәzinә gül kәlәmdәn

istifadә edilmәsi. Deyә bilәrsiniz ki, vәrdişdәn asılıdı,

ancaq düz deyil; hesab elәyirәm ki, belә özbaşınalığa

qarşı çıxmaq lazımdı, belә surroqatların kök atmasına

imkan vermәk olmaz. Sәnәtdә әnәnәni hәyasızcasına

pozmaq, elәcә dә keyfiyyәti unutmaq yolverilmәzdir.

Hәr ikisi vacibdir, onlarsız mәtbәx yoxdur. Kolbasasız

vә dәnәvәr istiotsuz Kastiliya paelyası2 , sizcә, nә demәk-

di?

Senyora, bu dediklәrimdәn belә nәticә çıxarmayın

ki, Sizinlә mәktublaşan adam qarınquludu, ancaq yemәk

haqqında düşünür, әslindә isә mәn qәdәrindә, qayda-

1 Kastiliya kosidosu – ispan mətbəxinin məşhur yeməyi, noxud, tərəvəz, ət
və qaxacdan xüsusi küpdə bişirilən şorba
2 Kastiliya paelyası – düyüdən hazırlanan milli ispan yeməyi
   61   62   63   64   65   66   67   68   69   70   71