Page 68 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 68
elәyәrәk, ovcumda әzişdirdim vә bircә o qalırdı ki, qat-

lanan yerindәn qoparıb, cibimә soxam. Bundan asan nә

var? İntәhası, başa düşdüm ki, bunu bacarmayacağam.

Barmaqlarımda güc yox idi, gözlәrim isә giriş qapısına

dikilmişdi. Tibb bacısı mәni bu vәziyyәtdә görsә, nә dü-

şünәrdi? Mәn dinşәdim. Hәkimin boğuq sәsindәn başqa

arakәsmәnin o tәrәfindәn heç nә eşidilmirdi, sa-kitlik idi,

onda cürәtә gәlib sәhifәni dartıb cırdım vә bunu o qәdәr

tәlәsik elәdim ki, o biri sәhifәnin yarısını da qopartdım.

Necә dәhşәtli anlardı, dostum! Sәhifәni tәlәsik qatlayıb,

yöndәmsiz hәrәkәtlә pul kisәsinә qoyduğum anı, tәki

görәydiniz! Sakitlәşә bilmәdiyim beş dәqiqә әrzindә

yalnız ürәyimin küt döyüntüsünü eşidirdim, ancaq tibb

bacısının gәlmәyinә bәnd idi ki, döyüntü artsın, hәm dә

yenicә korladığım jurnala qorxu ilә baxırdım, sanki üz

qabığı şәffaf idi vә tibb bacısı ilk baxışdan mәnim özba-

şınalığımı sezәcәkdi.

68 Hörmәtli senyora, bax bu cür qorxu bahasına Sizin
müraciәti “Elanla tanışlıq”dan götürdüm. Bu sәtirlәrlә

Sizi çox da yormadığıma ümid edirәm. Mәnim adım

Euxenio Sans Vesilyadır vә әgәr münasib hesab etsәniz,

bu ünvana cavab yaza bilәrsiniz: Kanovas, 16, 3-cü mәr-

tәbә, sağ tәrәf.

Hörmәt vә sәmimiyyәtlә,

E.S.

2 may

Möhtәrәm senyora!
Sizin sözlәriniz hәqiqәtdәn xali deyil. Sәnәtimin
tәrzinә vә qabiliyyәtimә uyğun olaraq, mәsәlәnin әtra-
fında fırlanmağa daha çox hәvәs göstәrirәm. Mәtlәbdәn
uzaqlaşmamağa çalışacağam: keçәn dekabrda 65 yaşım
tamam oldu, jurnalistәm (lap yaxınlarda, fevralda
tәqaüdә çıxmışam), subayam, boyum da Sizinki kimi bir
   63   64   65   66   67   68   69   70   71   72   73