Page 72 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 72
üşüdüyümü duymadan soyuqlayırdım, bu da mәni

ehtiyat tәdbirlәri görmәyә mәcbur elәdi: hәr oturanda

budlarımı bükmәk üçün paltomun cibindә şәrf gәzdi-

rirdim.

Bu, mәnim üçün әsl yükә çevrilmiş, üstәlik, yeni

tәhlükә yaratmışdı, çünki hansı sәbәbdәnsә şәrfdәn

istifadә elәyә bilmirdimsә, mütlәq soyuqlayırdım, bu da

öz növbәsindә mәni qızınmaq üçün yeni üsullar ixtira

elәmәyә vadar edirdi. Ona görә tez-tez çәtin vәziyyәt-

lәrә düşürdüm. Qәzetin rәhbәri ilә başıma gәlәni yaxşı

xatırlayıram; şuranın sәdri Xose Migel Ostosla sәhәr

yemәyi vaxtı üşütmә hiss elәdim, don Migelin tualetdә

olduğunu fürsәt bilib budlarımı onun vә özümün salfe-

timlә bükdüm. Biz yemәyә oturanda ustad üzr istәyib

başqa iki salfet gәtirdi, ancaq mәn daha bilmәdim

harama çörәk yeyirәm, sәdrә qulaq asmaqdan çox, üç

salfeti necә gizlәtmәk barәdә düşünürdüm. Sizә buna

72 oxşar nә qәdәr hadisә danışa bilәrәm!
Mәktәb müәllimi vә çox yaxşı qadın olan rәhmәtlik

kiçik bacım Rafaela hәr dәfә evә gәlәndә mәnә eyni şeyi

mәslәhәt görürdü: “Uke, – mәni belә çağırırdı, – sәn ba-

ban, atan kimi qalın alt tumanı geyinsәn, canın birdә-

fәlik qurtarar”. Ancaq, senyora, hәrәnin öz qәnaәti var,

mәnim dә qәnaәtlәrimdәn biri odur ki, gәrәr qocalığı,

özü ilә gәtirdiyi bütün o miskinliklәriylә bir yerdә

vaxtından әvvәl yaxına buraxmayasan. İlk baxışdan elә

görünә bilәr ki, bunu özümә sığışdırmıram, heç dә yox,

sadәcә, estetik düşüncәm belәdi. Hәtta indi tәqaüdә

çıxmağıma az qalsa da, qocalıqla barışmaq istәmirәm.

Altmış yaşında belә mәsәlәlәrdә güzәştә getsәm, Sizcә,

senyora, sәksәn yaşında axırım necә olar? Kritik anı

gecikdirmәk, hәr şeyin öz qaydasıyla getmәyinә imkan

vermәk bacarığı mәndә әminlik yaradır. Bacımın mәslә-

hәtinә qulaq asmadım. Belә intim tәfәrrüatlara vardığım

üçün mәni bağışlayın, senyora, elә çıxmasın ki, indi

dәbdә olan dar-düdük trusıda gәzirәm, yox, mәn yalnız
   67   68   69   70   71   72   73   74   75   76   77