Page 75 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 75
mış yaşlı həyat aşiqinin məktubları
gәlir. Nadir hallarda isә, qamakda mürgülәdiyim yerdә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
sağsağanın ağacda hәyasızcasına qırıldadığını eşidirәm.
75
Axşamlar (düz min beş yüz metr hündürlüyü olan
Piko-Altuna dağı, qәrbdә yerlәşdiyinә görә Kremanesdә
hava tez qaralır), adәtәn, bostanda qurdalanmağa
düşürәm, ya da Anxel Damianın araba-kreslosunu as-
taca sürә-sürә yol kәnarıyla gәzmәyә çıxıram. Amma
son illәr az gәzirәm. Yaş özünü göstәrir: enişi rahatca
gedirsәn, ancaq geri, dağa çıxanda ayaqların sözünә
baxmır. Görünür, artıq çәki dә özünü hiss elәtdirir;
yәqin, elә o cürdü.
Bostanda işlәmәk elә dә yorucu deyil, özün dә hiss
elәmәdәn, әyilib-qalxaraq belinin üyuşüyünü açırsan.
Hәm dә dolanışıq üçün lazım olanları öz әllәrinlә qazan-
maq adama fәrәh verir. Tәrәvәzin böyümәsinә baxmaq
da o cürdü. Bostanım böyük deyil, әn çox yarım obrad1
olar, hәr şeydәn bir az әkirәm: paxla, kök, noxud, balqa-
baq, soğan, sarımsaq, çuğundur, әsas da kartof. Bizim
tәrәflәr öz kartofuyla mәşhurdu. Qonşuluqdakı çoxdan
әkilmәyәn torpaq sahәsi Anxel Damianındı. İyirmi altın-
cı ildә, hәlә uşaq olanda mәktәbin tәzә müәllimi seny-
orita Pasa ikimiz eyni vaxtda vurulmuşduq, bu isә bizi
dalaşdırmaqdansa, doğmalaşdırmışdı. Görün heç ağla-
batan şeydimi, senyora: on iki yaşında aşiq olasan, altmış
beş yaşında isә hәlә dә subay qalasan! Hәqiqәtәn, taleyin
gәrdişini bilmәk mümkün deyilmiş.
Anxelin valideynlәri, babaları, ulu babaları әslәn bu
dәrәdәndilәr, ancaq onların oğulları altmışıncı illәrdә
köçüb gediblәr: Anxel Almaniyaya, Xulito әvvәl Vil-
yarkayoya, ordan da Bilbaoya. İndi Xulito hәr yay arvadı
Petrito vә uşaqlarıyla qırmızı maşında (maşının mod-
elini dәyişir, rәngini yox) artıq üç ildi qismәn iflic oldu-
ğuna görә tәkәrli arabaya möhtac olmuş atasının evinә
gәlir. Xulitonun qızlarının adı Beqoniya vә Aransas, oğ-
1 Obrad – İspaniyanın bəzi əyalətlərində torpaq ölçüsü; 39-la 53 ar arasında
dəyişir.