Page 76 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 76
lunun adı isә İnyakidi. Maşınının arxa şüşәsinә bask
milli bayrağının şәkli vә şüar yazılmış etiket yapışdırılıb.
Bask mәsәlәsi başını lap xarab elәyib. Bilbaoda vur-tut
doqquz ildi yaşayır, ancaq bura gәlib yaşıdlarıyla görü-
şәndә dili atır: “Ona görә ki, biz baskıq...”, ya “Əgәr biz
basklar olmasaydıq...” Altmış yeddinin avqustunda –
“Müqәddәs Mәryәmin meracı” günü hәtta alkaldla1
әlbәyaxa da olmuşdu, nәdi-nәdi, ağlına yerlәşmişdi ki,
ayuntamentonun2 eyvanından milli bayraqla yanaşı,
bask bayrağı da asılsın.

Pis-yaxşı, hәr neçә olsa, bu, mәnim kәndimdi, seny-
ora, doğulduğum kәnddi vә inanıram ki, günlәrin bir
günü Siz dә bu kәnddә olacaqsınız. Öz itaәtkar bәndә-
nizin dost salamlarını qәbul edin.

E.S.

17 may
76

Möhtәrәm senyora!
Sizin fәrziyyәlәriniz düzdür. Mәn öz bacılarımla,
daha doğrusu, rәhmәtlik Eloina ilә, lap kiçik yaşlarımda
isә ailәyә bir müddәt başçılıq etmiş mәrhum böyük qar-
daşım rәhmәtlik Teodorla böyümüşәm. Mәn dörd uşaq-
dan әn kiçiyiyәm, anam ölәndә üç yaşım olardı. Onu
yaxşı xatırlamıram, hәrdәn xoş bir çöhrә dumanlı şә-
kildә yadıma gәlir, tutub saxlamaq istәyәndә dә, xә-
yalımda bacım Eloinanın siması canlanır vә iki tәsvir
bir-birinә qarışır. Atam iki il sonra rәhmәtә kәnddә dey-
ildiyi kimi, dәrddәn öldü, hәr halda Baruke dayım onda
heç bir xәstәlik tapmamışdı.
Atam ölәndәn sonra xeyirdәn çox ziyanını gördü-
yümüz tәsәrrüfatın qayğısını Teodor öz üstünә götürdü

1 Alkald – bələdiyyə idarəsinin rəisi (isp.)
2 Ayuntamento – İspaniyada bələdiyyə idarəsi
   71   72   73   74   75   76   77   78   79   80   81