Page 79 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 79
mış yaşlı həyat aşiqinin məktubları
müharibәnin son günündә bәdbәxt Serxio İqualadada MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
çovuyan bir güllәyә tuş gәldi. Siz bildiyiniz kimi, mә-
nim ailәmdә subaylıq hәyatına bir meyil var, intәhası, 79
hәtta kimәsә öz taleyini qurmaq imkanı düşәndә dә
bәxti gәtirmirdi, hansı sәbәbdәnsә hәr şey pozulurdu.
Demәk istәyirәm ki, bacım Eloina Baruke dayıya bir az
güzәştә getsәydi, ya İqualadadakı o çovuyan güllә
olmasaydı, mәnim hәyatım da başqa cür olardı.
Gәlincә, işsiz, pulsuz, vur-tut ibtidai mәktәbi
qurtarmış vәziyyәtdә paytaxtda gözümü açar-açmaz,
bakaleya dükanına sәyyar satıcı düzәldim. Sәrbәstlik
olsa da, işim ağırıydı, çünki o vaxtlar sifarişi taxta
yeşiklәrdә çiyindә daşıyırdılar, elә bil adamlar tәkәrin
ixtira olunduğundan xәbәrsizdilәr. Bacılar qәrarımı düz-
gün hesab etmәdilәr, ancaq Eloina az tikirdi vә heç nәyi
dәyişә bilmәzdi, Rafaelanın isә mәnim tәhsil haqqımı
ödәmәk vәdinin mәnası yox idi, çünki maaşı özünü
dolandırmağa zorla çatırdı.
Ticarәt klubunda kuryer yerini müsabiqәdә udana
qәdәr, dükanın sahibi senyor Urbanonun yanında on
dörd ay işlәdim. Müsabiqә çox sadә imladan vә dörd
hesab әmәlindәn tapşırıq olsa da, mәndә öz güçümә
inam oyatdı. İşim dükandakından asan idi, xanımlara
gül, mәktub aparırdım, çünki klub üzvlәrinә siqaret, ya
dәrman almaq üçün ora daxil olmağa ancaq kişilәrin
ixtiyarı varıydı. O vaxt şәhәrdә hәlә tanışlarım yox idi,
ona görә iki cәrgә düymәsi olan boz livreya geyinmәyә
vә qara kәmәrli silindrik furajka qoymağa utanmırdım.
O vaxtlar artıq şeir yazırdım. Bunu hәlә kәnd mәk-
tәbindә Anxel Damianla ilә quraşdırmağa başlamışdıq;
müәllimimiz senyorita Pasa gizlincә şeir hәsr elәyirdik.
Bunlar qafiyәli mәnasız şeirlәr idi, intәhası, mәnә ürә-
yimi boşaltmağa imkan verdiyindәn, son dәrәcә lәzzәt
alırdım. Qәzet oxumağa da elә o vaxtlar girişmişdim vә
bu yolla bir sәhәr yerli “Koreo de Kastiliya” qәzetinә
kuryer tәlәb olunduğundan xәbәr tutanda alman mәn-