Page 81 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 81
mış yaşlı həyat aşiqinin məktubları

kimi dә keçib gedir. Mәn cavab verirәm ki, onda süni MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
surәtdә törәdilmiş qastritin olduğunu ehtimal etmәk
olar, ancaq o, etiraz edir, deyir, bu, yanıq kimi bәdbәxt 81
hadisәdi, xәstәlik deyil. Biz onunla heç cür razılığa gәlә
bilmirik, ancaq fakt odur ki, yüksәk turşuluq başımın
üstündә Damokl qılıncına dönüb, bir dә görürsәn, hәtta
ciddi südlü pәhriz saxladığım vaxtda özünü göstәrir,
intәhası, elә dә olur, naharda lap bütün әdviyyatıyla
birlikdә fabada1 yeyim, vecimә deyil. Amma bir xüsusiy-
yәti var: sol böyrümün üstündә uzananda sancılar ke-
çir, sağ böyrümün üstünә çevrilәndә, tәzәdәn başlayır.
Onda ağlıma mәdә yarası gәldi, ancaq bir çox müayinә-
lәrdәn sonra hәkimlәr bu ehtimalı rәdd etdilәr. Buna da
şükür.

Bir çox illәr әrzindә mәdәmin şıltaqlıqlarını yuxu-
suzluqla әlaqәlәndirmәyә meyillәnmişәm, ona görә
üstümdә tәcrübәlәr keçirdim, ancaq acqarına yerimә
girәndә dә qarabasmanın mәndәn әl çәkmәdiyini görüb,
bu fikirdәn daşındım. Sonra sәbәbi qara ciyәrdә gör-
düm, yarım il әtsiz pәhriz saxladım, şam yemәyindә
özümü lap gözlәyirdim, yenә heç nә dәyişmәdi. Bu
uğursuzluqlar mәni trankvilizatorlarla, sonra yuxu
dәrmanlarıyla müalicәyә mәcbur elәdi, ancaq xeyri
olmadı. Ümumiyyәtlә, yuxusuzluqdan әziyyәt çәkmi-
rәm, mәsәlәn, yuxu dәrmanlarıyla müalicә mәnә xeyir
elәmәdi. Adәtәn, yuxum gecә ikidә, bir az kitab oxuyan-
dan sonra gәlir, ancaq bu, yalançı yuxudu, necәsә, uzun
sürәn qarabasmadı. Əslindә heç qarabasma da deyil,
uşaqlıqda çәkdiyimiz әziyyәtә oxşayır: yuxuda ha qaç-
maq istәyirsәn, ayaqların getmir, ya hansısa bir şeyi tut-
maq istәyirsәn, qımıldamağa belә heyin yoxdu, hәtta
nәfәsin çıxmır. Yox, mәnim indiki qarabasmalarım başqa
cürdü: ya yuxuda görürәm ki, oyağam, ya da yatmıram,
ancaq yatdığımı fikirlәşirәm. Əslindә necә olduğunu

1 Fabada – qan kolbasası ilə paxladan hazırlanmış Asturiya xörəyi
   76   77   78   79   80   81   82   83   84   85   86