Page 80 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 80
şәli müdir don Xuan Gerenyanın yanına gәldim. O, sәrt
görünsә dә, xaraktercә mehriban adamıydı, hәtta ata
kimi diqqәtciliydi vә qısa söhbәtdәn sonra hәmin yeri
mәnә verdi. Amma bu, artıq başqa әhvalatdı, bir dәfә bu
haqda Sizә әtraflı danışaram.

Tәәccüblüdü ki, Siz yaşda xanımın artıq beş nәvәsi
var. Amerikalı analar, belә hallarda, adәtәn, universitetә
daxil olurlar, ya tәhsillәrini axıra çatdırırlar. Doğrudu,
yazdığınız kimi, royal da Sizin bәsinizdi. Öz “hobbinizi”
tamaşaçı qarşısına çıxarmaq barәdә düşünmәmisiniz?

Dәrin hörmәtlә,
E.S.

23 may

Hörmәtli dostum!

80 Güman edirәm ki, mәktublarım mәnim haqqımda
Sizdә arxayın, sakit adam tәәssüratı yaradır, ancaq, necә

deyәrlәr, bunların hamısı zahiri görünüşdü. Zahiri

soyuqqanlılığa baxmayaraq, mәn tәbiәtcә әsәbiyәm vә

pis yatıram, bәlkә dә heç yatmıram. Yuxu problemi (bu,

mәndә lap cavanlıqdandı), bir dә mәdәmdә turşuluğun

çoxluğu – mәnim әbәdi bәlam bax, bu ikisidi. Əvvәllәr

turşuluqla, qurudulmuş badamın kömәyilә mübarizә

aparırdım. Sodanı xoşlamıram, ona görә ceviz yeyirdim.

Badam turşuluğu götürür, mәni rahatlandırırdı, eyni za-

manda mәdә şirәsini dә götürürdü vә mәn, hәzm

etmәmәkdәn saatlarla әziyyәt çәkirdim. Badam yeyәn

kimi, iştahamı itirirdim, rәhmәtlik bacım Eloina da mәni

danlayırdı. Mәn hәmişә mәdәmdәn әziyyәt çәkmişәm.

Mәdәm heç vaxt möhkәm olmayıb, di gәl, xroniki

qastriti saymasaq, elә dә ciddi ağırlaşma vermәyib.

Kafedәki dostlarımızdan doktor Romero qastriti xәstәlik

saymır, ancaq razılaşır ki, selikli qişanın müvәqqәti

iltihabı baş verir, onu doğuran sәbәbi aradan qaldıran
   75   76   77   78   79   80   81   82   83   84   85