Page 71 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 71
mış yaşlı həyat aşiqinin məktubları
lap uşaq vaxtlarımdan kәndimizdә xәstәliyә görә yatağa MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
düşdüyüm yadıma gәlmir. Naxoşlayanda mәrhum ba-
cım Eloina hәrarәtimi salmaq üçün yatağıma isti punş 71
vә aspirin gәtirirdi. Çuqun yanları, yaylı döşәyi olan,
azacıq çevrilәn kimi cırıldayan qәşәng köhnә çarpayımı
çox yaxşı xatırlayıram! Baş tәrәfә ceviz ağacından düzәl-
dilmiş, dalğalı xәtlәri olan kiçik stol qoyulmuşdu, üs-
tündә dәsmalla örtülü stәkan vә şamdan, alt gözdә isә
kәnarları yonmalı ağ saxsı qorşok vardı.
Uşaqlıq xatirәlәri silinib getmir, senyora, illәrin ona
gücü çatmır. Yayda, yamacdakı kiçik kilsәdә bazar gün-
lәri ibadәtini unuda bilmirәm. Mәrhum bacım Eloina
hәtta әn isti günlәrdә belә boğazımı kәskin temperatur
dәyişikliyindәn qorumaq üçün boynuma yun şәrf dola-
yırdı. Uşaqlıqdan soyuğa çox hәssasam, daha doğrusu,
soyuğa vә istiyә. Bәstәboy olsam da, әslindә hipotoni-
kәm vә kәskin temperatur fәrqi mәnә tәsirsiz ötüşmür.
Oktyabrdan mayacan ayaqlarım donur. İstidәn danış-
mağa dәyәrmi? Yayın bürküsü mәni üzüb әldәn salır,
gecәlәr isә hәtta mәlәfә dә mәni әsәbilәşdirir. Özü dә
bunun bir çarәsi yoxdur: adyal yatmağa qoymur, di gәl,
adyalsız da soyuqlayıram. Necә olur-olsun, rәhmәtlik
bacım Eloinanın boynuma şәrf dolaması mәnasızdı,
çünki onsuz da boğazım ağrıyırdı. Əvvәllәr elә bilirdim,
ayağımdan üşüyürәm, odur ki, kәndimizdәki çobanlar
kimi uzun corab geyinmәyi qәt elәdim. Sonra fikirlәş-
dim ki, mәsәlә başımdadı vә saçımın sıxlığına vә codlu-
ğuna baxmayaraq (artıq onlara dәn düşüb), bu gün dә
başımdan çıxarmadığım günlüklü kepka qoymağa baş-
ladım. Mәnim çox sayda nöqsanlarımdan biri dә budur.
Hansısa vasitәyә әl atsam, ondan imtina elәmәyi bacar-
mıram vә hәtta bunun yararsız olduğunu görsәm dә, ye-
nә ömürlük hәyat tәrzimә çevrilir.
Söhbәtdәn uzaqlaşdım: illәr keçdikcә hiss elәdim ki,
ombamdan soyuqlayıram (heyrәtlәnәcәyinizi anlayı-
ram, senyora), daha dәqiqi, budlarımdan. Tәbii ki, bәrk