Page 65 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 65
mış yaşlı həyat aşiqinin məktubları
çıxan) yazılıb: “Sevilyalı senyora, dul, 56 yaşında, cavan MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
görünüşlü, sağlam. Çәkisi 53 kq, boyu 1,60 m. Musiqini
vә sәfәrә çıxmağı xoşlayır. Yaxşı yemәk bişirir. Maraqları 65
üst-üstә düşәn 65 yaşına qәdәr kişiylә tanış olmaq
istәyir”. Bir yana baxanda, elә bir müstәsna şey yoxdu,
ancaq artıq Sizә dediyim kimi, orda verilәn elanlardan
mәhz bu, mәnim diqqәtimi o qәdәr çәkdi, mәni elә
ovsunladı ki, daha başqasını oxumadım. 8-lik şriftlә kur-
siv yığılmış başqa elanlardan fәrqlәnmәyәn (yaş, cins,
boy, yaşayış yeri göstәrilәn mәlumatlardan fәrqli olaraq,
qalanları әsasәn eyni idi), ancaq buna baxmayaraq, sәnә
yazılıbmış kimi, adamı çәkәn bu sәtirlәrdәn gözümü
ayırmadan, qapının yanındakı stulda, demәk olar,
donub-qaldım. Nә üçün? Bәlkә xatırlatdığınız cәlbedici
cavan görünüşünüz, boy vә çәkinizdәn göründüyü
kimi, mütәnasib qamәtiniz, sağlam olmağınız? Elanın
yazılış tәrzindәn duyulan özünüzә güvәnmәyiniz, ya
mәziyyәtlәrinizi sadalayarkәn әn adidәn yüksәyinә
doğru getmәyiniz, axırda da aşpazlıq bacarığınızı
vurğuluyaraq, musiqiyә hәvәsin Sizin heç dә yerә
enmәyinizә vә o mәmnun vәziyyәtdә kartof qızartmaq
üçün mәtbәxә getmәyinizә mane olmadığına işarә
elәmәyiniz?
Mәn çoxdan әminәm ki, Qәrbin tәnәzzülünün әn
aşkar әlamәtlәrindәn biri aşpazlıq sәnәtinә etinasızlığın
artmasıdı. İndiki qızlardan mәtbәxә vaxt sәrf etmәdik-
lәrini tez-tez eşitmәk olar. Senyora, yemәk hazırlamağa
sәrf olunan vaxtı Siz itirilmiş hesab edirsiniz? Son vaxtla-
ra qәdәr mәtbәx bizim hәlә hesablaşdığımız çox az mә-
dәni tәmәllәrdәn biriydi, ancaq baxın, son illәrdә nәlәr
baş verir – әmәlli-başlı tәnәzzüldü, senyora! Odun soba-
sının әvәzinә qaz vә elektrik, spirtlә qızdırılan tava, tez-
bişirәn qazan... – nә qәdәr ziyanlı ixtiralar! Bunlar azmış
kimi, mal-qara üçün süni yem, konservlәr, dondurulmuş
әrzaq... Ən pisi dә odur ki, bütün bunlar bizә tәrәqqi
kimi tәqdim olunur, әslindә isә әt vә balıq mәhsullarının