Page 60 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 60
XXVI

Sonra çox qarışıqlıq oldu, Davisito, hәr cür sorğu-
sual, istintaq, prefektura ilә çәk-çevir, ancaq daha heç nә
Robineti dirildә bilmәzdi; elәdiyi cinayәt sayәsindә
mәşhurlaşması üçün onun dәyirmanına su tökmәyim
iyrәnclik olsa da, bunu elәmәli oldum: birinci, atamın
üstündәn biabırçı intihar lәkәsini silmәk üçün, ikinci,
Aurita ilә bu cәncәldәn ağrısız sivişib çıxmaq üçün.
Robinetin ümid etdiyi kimi, onun dalınca danışmağa,
hәrәkәtini şişirtmәyә başladılar; indi onun sevincdәn
göyün yeddinci qatında olduğunu fikirlәşәndә ürәyim
bulanırdı. Ancaq sonra fikirlәşdim: “Robinet sәrsәmin
biriydi. Əbәdi hәyat deyilәn şey yoxdu, bunların
hamısını özü üçün uydurmuşdu. Bütün bunlar cәhalәtin
nәticәsidi, vәssalam”.

Evә qayıdanda artıq bir xeyli rahatlanmışdım, şiş
60 soğulub, demәk olar, xırdaca düyünә çevrilmişdi. Mәn

yenә kontora getmәyә başladım, Robinetin acınacaqlı
mәşhurluğuna yardımçı olmamaq üçün әvvәl-әvvәl
atam haqqında heç nә danışmamaq qәrarına gәlsәm dә,
sonra dilim dinc durmadı, Davisito, atamın tәmiz adı
naminә yox, – onun necә öldüyünü burda, onsuz da heç
kim bilmirdi, – sadәcә, öz sәrgüzәştlәrimlә öyünmәk
xatirinә. Mәn hamıya hәr şeyi danışıb, dinlәyicilәr hey-
rәtdәn gözlәrini döyәndә lәzzәt alırdım, ancaq, Davisito,
hәmin günlәr Aurita vә uşağım üçün çox narahatıydım,
axı bu vәziyyәtdә bәrk hәyәcanlanmağın pis tәsiri
olacağı aydındı, hәmişә dә Auritadan soruşurdum:
“Necәsәn, yaxşısan?” O isә cavab verirdi: “Ah, әvvәl-
kindәn xeyli yaxşıyam!” Doğrudan da, Aurita, deyәsәn
özünә gәlmişdi; diş pastasının qapağını bağlayırdı, stulu
çarpayıya tәrәf itәlәyirdi ki, pencәyimin çiyinlәri
sallanmasın. Mәn isә әl çәkmirdim: “Sәnin heç haran,
heç haran ağrımır?” O da başından elәyirdi: “Dedim axı,
hәr şey yaxşıdı; әmәllicә zәhlәmi tökdün”.
   55   56   57   58   59   60   61   62   63   64   65