Page 58 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 58
mәşhurlaşacağam. Qoy mәni assınlar – mәnim ücün
fәrqi yoxdu”. Ancaq sonra özümә dedim: “Əgәr bu işin
üstü iyirmi beş ildәn sonra açılsa, daha böyük sәs-küy
doğura bilәr”. Vә mәn damların üstüylә qaçdım, Lenuar.
İnanın, bu mәmlәkәtdә polisi aldatmaq elә dә çәtin
deyil. Adamlar elә fikirlәşirlәr ki, yeddinci mәrtәbәdәki
mansarda ancaq pillәkәnlә düşmәk olar. Onlar damın
pәncәrәsini fikirlәşmәyiblәr, anlayırsınız? Mәn ordan
düşüb atәş açaraq qaçdım. Adamlar deyirdilәr: “Hansısa
rәssam özünü güllәlәyib”. Belә baxanda, Lenuar, özgә
nә fikirlәşәsiydilәr?

XXV

Pobinet divanın söykәnәcәyinә yayxandı, Davisito,

onun tәrli üzündәn uşaq sevinci oxunurdu. Mәn onda

qorxdum, Davisito, açar yerindәn hәr şeyi gördüyümü

etiraf elәmәdim; birinci, onun etirafından sonra bu,

58 mәnasını itirmişdi; ikinci, bu, Robineti özündәn çıxa-
rardı, çünki mәni dә öldürüb öz şöhrәtini artırmaq is-

tәyәcәyindәn şübhәlәnmәyә başlamışdım. Fikrim ancaq

onu sakitlәşdirmәk idi vә gizlәtmirәm, Davisito, bütün

görkәmimlә nәinki onun әn ağıllı hәrәkәt kimi qәlәmә

verdiyi әmәlini başa düşdüyümü, hәtta heyranlığımı

büruzә vermәyә çalışırdım. Sarışın qız oxuya-oxuya

stolların arasında gәzirdi vә onun sәsi mәnә hәyatı

sevdirirdi. Birdәn soruşdum:

– Niyә mәndәn qaçırdınız?

Robinet gülümsәyәrәk dedi:

– Bu gün o vaxtdan iyirmi beş il keçir, sizi bura

gәtirdim ki, dairә qapansın. İndi hәr şeyi yerinә

qoymağın zamanıdı. Dairә qapandı; mәn sizi münasıb

olmayan yerdә, münasib olmayan vaxtda tanıdım. Ona

görә әdәbsizliyim qoy sizi tәәccüblәndirmәsin vә tunel-

dә sizi qaçmağa mәcbur etdiyim üçün mәni bağışlayın.

Mәn axı belә düşünürdüm: “Yox, bircә burda yox; hәr

şey hadisә yerindә açılmalıdı. Lenuar mәnim arxamca

Fransaya gәlmәlidi”.
   53   54   55   56   57   58   59   60   61   62   63