Page 56 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 56
Atanızın әsәrlәrini onda ilk dәfә gördüm, Lenuar vә
onların gücü, mahiyyәti mәni dәrhal mәftun etdi, çünki,
tәәccüblәnmәyin, zәrif estetik duyumumla öyünә
bilәrәm. Onun әsәrlәrini görәndә öz-özümә dedim: “Bu
şәkillәr öz enerjisiylә ürәklәri alovlandırır, belә şәkillәr
әsrlәr boyu yaşayacaq”. Bütün bunlar sәrgidә baş verdi
vә atanıza yaxınlaşıb dedim: “Sizin mәnzәrәlәrin adamı
hәyәcanlandıran әzәmәtinә heyranam”. Belә kompli-
mentdәn özünü dartıb dedi: “Heç kim mәnim qәdәr
ucalarda uça bilmәz”. Vә biz dostlaşdıq, o vaxtdan tez-
tez görüşürdük, bir dәfә isә dedim: “Siz mәnim portre-
timi çәkmәlisiniz”. O, cavab verdi: “Sizdә rәng azdı,
üzünüz ifadәli deyil, siz portret üçün yaramırsınız”.
Mәn etiraz etdim: “Ola bilsin, başqaları üçün yaramı-
ram, ancaq sız nәsә tapa bilәrsiniz”. O dedi: “Olmayan
şeyi heç kim tapa bilmәz”. Mәn isә tәkid etdim: “Siz
cәhd elәyin, bu, sizә daha artıq şәrәf gәtirәr”. Axırda o,
işә girişdi. Onun üçün asan olmadı, Lenuar, hәrdәn
56 dodağının altında deyinirdi, ruhunu şeytana tәslim
elәyirdi. Bir axşam, nәhayәt, dedi: “Hazırdı”. Mәn cavab
verdim: “Sәhәr baxaram”. O tәәccüblәndi: “Elә dә çox
vaxt aparmaz”. Mәn isә dedim: “Dәxli yoxdu. İndi
yorğunam. Sәhәr baxaram”. Özümü hazırlamaq istә-
yirdim, Lenuar. Çünki hәyatımın bütün mәnası bun-
daydı. Mәn elә-belә dayanıb gözümü şәklә dikәsi
deyildim. Mәncә, rәssamlıqda hәr şey ilk baxışdan
asılıdı. Diqqәtlә baxmaq elә dә vacib deyil, bu, adәtәn,
ilk tәәssüratı dәyişmir. Ona görә dedim: “Sәhәr
baxaram”. Sәhәr dam pәncәrәsindәn atanın studiyasına
girdim. O gülümsәyib dedi: “Bu da tәzә şeydi”. İzah
elәdim: “Mәnim evimdәn sizinkinә damdan da girmәk
olar”. Ancaq şәkil nәyә görәsә xoşuma gәlmәdi. Onda
ölümsüzlükdәn әsәr-әlamәt yoxuydu. Bunu birbaşa
atanıza da söylәdim. Hirslәnib ağzına gәlәni söylәdi.
Mәn dediyimdәn dönmәdim: “Hәr şeyi tәzәdәn
başlamaq lazımdı, Lenuar”. Atanız lap hirslәndi. Ancaq
mәn tәkid etdim: “Başqa çıxış yolu yoxdu”. O, mәni