Page 51 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 51
SƏRSƏM

Robinet quru cavab verdi, elә bil әlindәn kәrpic MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

saldı:

– Hәr ikiniz mәnә qulaq asın.

Danışığında bir az yekәxanalıq varıydı, Davisito,

ona görә fikirlәşdim, Robinet bu qәtllә vә onun әla

icrasıyla öyünür. Hәr şeyi gördüyümü ona demәyә cürәt

elәmәdim, onu hirslәndirmәk istәmәdim, Davisito. Ona

tәrәf әyilәndә, sel kimi tәr axıtdığını sezdim. Orkestr vә

sarışın müğәnninin xırıltılı sәsi mәni bir az sakitlәşŃ

dirirdi. Robinet sözünә davam etdi:

– Lenuar, elә fikirlәşә bilәrsiniz ki, şıltaqlığım

ucbatından bu işә baş qoşmuşam, ancaq yox, bu, diqq-

әtlә düşünülmüş plandı. Sizin atanız ölmәliydi. Buna ilk

olaraq mәn heyfsilәnirәm, axı atanız çox gözәl rәssam

idı. Bu hadisәdә mәnim günahım yoxdu. Hәr şey ol-

duğu kimi gedir, bircә tabe olmaq qalır. Lenuar, deyin

görüm, ölümün ilk gecәsi haqda ciddi surәtdә fikirlәşmi-

sinizmi? Nәdi, fikirlәşmәmisiniz? Bu, әsl dәhşәtdi. 51
Susub, sonra әlavә etdi:

– Dәrindәn düşünün, Lenuar: siz artıq olmasanız

da, çarpayıda uzanaraq bütün günü öz evinizdә, öz

otağınızda keçirmısıniz, ancaq daha nә çarpayını, nә

otağı, nә yataq dәyişәyini, nә әtrafınıza toplaşan doğma-

larınızı tanıyırsınız. Göz yaşları quruyana qәdәr üstü-

nüzdә ağlayıblar, sizin heç vecinizә dә olmayıb, budur,

onlar sәs-sәsә veriblәr: “Zavallı, necә yaxşı adam idi!”,

ürәklәrindә isә fikirlәşirlәr: “Zibil. İylәnmәmiş tezcә ev-

dәn çıxartmaq lazımdı”. Tәnbәllik dә elәmәyәcәklәr –

әlüstü hәr şeyi rәsmilәşdirәcәklәr, tәki sizi tezcә

basdırsınlar. Sizi sevәn adamlar barәdә danışıram,

Lenuar, xәstәlәndiyiniz vaxt fәdakarcasına qayğınıza

qalan adamlardan, ancaq indi, ölümünüzdәn sonra

onlar azadlığa çıxıblar, dincәlmәk istәyirlәr vә deyirlәr:

“Onsuz da çarә yoxuydu; belә daha yaxşıdı”. Tezcә sizә

tәzә mayka, tәmiz tuman, kraxmallı köynәk geyin-
   46   47   48   49   50   51   52   53   54   55   56