Page 46 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 46
dan ilk dәfә indiki suallara, müәmmalara cavab axtar-
dım vә uşaq ağlımda kimsә mәnә pıçıldadı: “Yaxındadı,
yaxındadı, yaxındadı!” Onda atamın studiyasına açılan
qapını gördüm vә yenә uşağa döndüm, öz oyunlarımı,
әylәncәlәrimi, mәhz bu pillәkәn meydançasının oyun
yerim olduğunu xatırladım. Bir dә onu xatırladım ki,
barmaqlarımın ucuna qalxıb açar deşiyindәn atamın stu-
diyada necә işlәmәyinә baxırdım. Yavaşca qapıya yaxın-
laşdım, Davisito, böyük adam kimi yox, uşaq kimi әyilib
baxdım vә indi studiyada olanı yox, tavandakı iri pәncә-
rәnin altında әlindә fırça tutmuş atamı, divarlarda isә
çoxlu şәkillәr, eskizlәr, kiçik gips heykәllәr, bir neçә qra-
vür gördüm. Bu vaxt ürәyim çırpındı, Davisito, başa
düşdüm ki, bu xatirә artıq yaşanmış hadisә haqqındadı,
çünki birdәn damdakı pәncәrә kölgәlәndi vә ordan Ro-
binetin üzü – şәkildә olduğu kimi sulanmış gözlәri, dolu
dodaqları göründü. Bütün qonaqlar damdakı pәncәrә-
46 dәn girirlәrmiş kimi, atam onun gәlişinә tәәccüb-
lәnmәdi, yalnızca dedi: “Quoi de bon1?” Robinet cavab
vermәdi. O, diqqәtlә, maraqla atama baxırdı vә birdәn
әlini cibindәn çıxardı. Güllә açıldı, atam yıxıldı, gözümә
tüstü doldu vә bu vaxt başa düşdüm ki, bәrkdәn ağla-
yıram, başqa sәslәr, qışqırıqlar isә pillәkәnlә qalxırdı.
Onlardan biri anamın sәsiydi, cavan anamın, Davisito,
mәni qucaqlayıb hәdәqәsindәn çıxmış gözlәrini üzüm-
dәn çәkmәdәn ağlaya-ağlaya deyirdi: “Mәnim mәlәyim,
bunlar axı sәnin başına niyә gәlmәliydi?!”
Açar yerindәn aralananda böyrәklәrim bәrk sancdı,
Başa düşdüm ki, anam orda yoxdu, mәnsә varam. Göz
yaşlarım axmadan fәryadım öz içimdә dolaşırdı, Davis-
ito, mәn artıq uşaq deyildim, kişiydim, şüurum artıq
oyanmışdı vә aşağı enәndә dizlәrim taqәtdәn düşdü-
yünә görә pillәkәndә oturdum, buna baxmayaraq içim,
1 Quoi de bon? – necəsən? (fr.)