Page 41 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 41
RSƏM

vannanın içindә nәsә dәhşәtli sәslә yuxarı atıldı, brezen- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
tın bir tәrәfi qabardı, Aurita qışqırdi vә titrәyә-titrәyә
ağlayaraq sinәmә sığındı. Mәn isә kişiliyimә salıb kimi 41
qorxumu büruzә vermәdim, ancaq brezentin yırtığından
pişiyin başı görsәnәnә qәdәr sakitlәşә bilmәdim vә bo-
ğuq sәslә dedim:

– Sәfeh! Bu ki adicә pişikdi.
Aurita göz yaşlarını silәrәk bәrkdәn güldü, mәnsә
fikirlәşdim ki, bu cür sarsıntılar bizim körpәyә heç dә
fayda gәtirmәz.
Yuyunub çamadandakı әşyalarımızı şkafdan asdıq,
sonra Aurita teatra getmәk istәdiyini dedi; qarıdan
soruşduq ki, harda yaxşı bir tamaşaya baxmaq olar, o da
cavab verdi ki, Pale-d-İverdә çox mәzәli vә maraqlı bir
komik truppa çıxış edir. Pale-d-İverә necә getmәyi öyrә-
nib, Davisito, lövhәlәri oxuya-oxuya yenә küçәlәrin canı-
na düşdük. Hәr yeni lövhәni oxuyanda ürәyim sıxılırdı,
bu dәfәsә ondakı gәzintimizin mәqsәdi olan rü Servyeyә
çatdığımıza ümid elәyirdim.
Pale-d-İverin pillәlәriylә qalxanda Aurita qulağıma
pıçıldadı: “Çox gözәldi!”. Yaxınlıqda sülәnәn bir oğlan
bizә yaxınlaşıb ispan dilindә soruşdu: “Maşını çәkәk,
senyor?” Davisito, mәn әtrafıma boylanıb ondan soruş-
dum: “Hansı maşını?” – “A-a”– o, etinasızcasına sәsini
uzadıb aralandı. İlk dәfә Robineti gördüyüm vaxtda ol-
duğu kimi, eyni hisslәri keçirdim, yәni demәk istәyirәm
ki, bütün bu tәmtәraq, bu cah-cәlal mәnә tәzә görün-
mürdü, әmәlli-başlı xatırlamadığım әvvәlki hәyatımdan
nәlәrisә yada salırdı. Vestibüldәki oyun stollarına vә
gözqamaşdıran rәqs meydançasına, hәtta konsert zalına
köhnә tanışla yenidәn görüşürәmmiş kimi iltifatla bax-
dım.
Sәhnәdә şıq geyinmiş oğlan, әynindә bikini olan
olduqca cәlbedici qız, sol küncdә, tәbii ki, necә
baxmağından asılıdı, yırğalanan çadır vardı. Artistlәrin
bir-birinә dediklәri tamaşaçıları güldürürdü, ancaq mәn
   36   37   38   39   40   41   42   43   44   45   46