Page 42 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 42
heç nә başa düşmürdüm, Davisito vә nәyә güldüklәrini
başa düşmәk üçün lojaya göz gәzdirirdim – mәncә,
mәnasız şeydi. Lifçikli qız sanki qәsdәn tez-tez danışıb
özünә lap hәkk gәlirdi. Tamaşa uzandıqca başım sәs-
küylә o qәdәr dolurdu, deyәrdin, bu saat partlayacaq.
Ətrafımdakı qәhqәhә mәnә gülürlәrmiş kimi qanımı
qaraldırdı vә canına and içirәm ki, Davisito, hәyatımda
heç vaxt özümü belә gülünc vәziyyәtdә hiss elәmәmiş-
dim. Altdan-altdan Auritaya baxıb, onun sәfeh kimi
oturduğunu görәndә hirslәndim: “Bәlkә, gedәk?” Onu
dilә tutmağımı gözlәmәyib ayağa duranda başa düşdüm
ki, şıq geyinmiş oğlanla bikinili qızın söhbәti onun üçün
dә maraqlı deyil.
Vestibüldә orkestr çalır, bir neçә cütlük rәqs
elәyirdi. Mәn ruletә yaxınlaşıb Auritaya dedim: “Bәxtimi
sınayacağam”. “Ehtiyatlı ol, әzizim” – dedi. Ancaq mәn
atamı mәhv edәn oyun hәyәcanını hiss elәmәk istә-
42 yirdim. Cәsarәtsiz halda stola yaxınlaşıb sәkkizә fişka
qoydum: cüt, ancaq tәk düşdü, yenә sәkkizә qoydum:
cüt, ancaq tәk düşdü vә sonuncu dәfә risk elәyib sәkkizә
bir neçә frank qoydum: cüt, ancaq tәk düşdü. Yaxşı ge-
yinmiş dolu oğlan gözümü qırpmağa macal tapmamış
oyuncaq dırmığa oxşayan bir şeylә fişkalarımı çәkib
aparırdı. Bu, mәnim әsәbimә toxundu, Davisito, çünki
min frankı fişkalara dәyişmişdim vә oğluma lazım ola-
caq pulları havaya sovurmaq ağılsızlıqdı. Yenә Aurita-
nın üstünә düşdüm: “Gedәkmi?” Vә yenә dәrhal
razılaşanda tәәccüblәndim. “Gedәk, – o dedi, – yatmaq
istәyirәm”.
XXII
Aurita yuxudan әzgin, qaşqabaqlı durdu vә bütün
sәhәri yataqdan qalxmadı, mәn isә onun böyründә
uzanıb “Le Züdue” qәzetini oxumağa başladım. Nahar-