Page 44 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 44
– Qui etes-vous?1

Mәn cavab verdim:

– Lenuar!

O, mәni qucaqlamaq istәdi, ancaq birdәn yerindә

donub-qaldı:

– Ah, mon peril Lenoir!2

Bir-birimizin әlindәn tutduq, madam Luvuanın su-

lanmış gözlәri parıldayırdı.

– Mon fils que tu as grandi3, – o, sözünә davam etdi.

Qırışlı әllәrinә toxunanda, uşaqlıqda bu әllәrin mәni

necә sığalladığını xatırladım, yalnız bu vaxt onun necә

arıqlayıb qocaldığını sezdim vә madam Luvuanın hәlә

sizin Marşall planına özünü çatdırmadığını düşündüm.

Dedim ki, sonra ona dәyәcәyәm, ancaq indi evimizә

qalxıram, o isә: “Cest bien, mon enfant4”, – dedi, ancaq

mәndәn ayrılmaq istәmәdi vә axırda dilini sürüdü:

“Pierre etait mort”5. Onun nә dediyini gözәl başa

44 düşürdüm, Davisito vә tәsәlli üçün әlimi kürәyinә vur-
dum. Madam Luvua köks ötürdü, gözlәri yol çәkdi,

mәndәn aralananda yalnız bunu dedi: “Cetait la guerre,

mon fils6”.

O, pillәkәnlәrlә qalxanda nә hisslәr keçirdiyimi vә

hәmin qәribә metamorfozanın necә başladığını, bilmi-

rәm, sәnә çatdırmağı bacaracağammı, Davisito. Pillә-

kәnlә qalxanda unudulmuş fikirlәr vә hisslәr qәfil

oyanmağa başladı. Bu vaxt ikinci mәrtәbәdә qapı açılıb,

cingiltili narazı sәs eşidildi: “Madame Louvois, le cour-

rier!7” Fransız dilini bilmәyә-bilmәyә bunun madam

Turas olduğunu, madam Luvuadan axşam poçtunu istә-

diyini başa düşdüm. Bu andan divarlar, mәhәccәr,

1Qui etes-vous? – Siz kimsiniz? (fr.)
2 Ah, mon peril Lenoir. – Ah, əziz Lenuar. (fr.)
3 Mon fils que tu as grandi. – Sən necə də böyümüsən, oğlum. (fr.)
4 Cest bien, mon enfant. – Yaxşı, oğlum. (fr.)
5 Pierre etait mort. – Pyer öldü. (fr.)
6 Cetait la guerre, mon fils. – Müharibə oldu, oğlum”. (fr.)
7 Madame Louvois, le courrier. – Madam Luvua, poçt. (fr.)
   39   40   41   42   43   44   45   46   47   48   49