Page 49 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 49
RSƏM

“Bu hәrif bizi hara aparır?” Robinet bәrk gedirdi vә mәn, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Davisito, öz taleyimlә bağlı illüziyaya qapılmırdım.
Qüssәylә küçәlәrin adı yazılmış lövhәlәrә baxırdım vә 49
dәlicәsinә yaşamaq istәyilә fikrimdә onlardan yapı-
şırdım. Mәnә elә gәlirdi ki, bu adamın yanında keçәn
hәr an ölümümü yaxınlaşdırır.

Klemanso meydanında “Le Züdue” qışqıran uşağı
görüb, Robinetdәn soruşmadan onu fışqırıqladım. Robi-
net qabağımı kәsib soruşdu: “Nә olub?” Mәn dedim:
“Qәzet almaq istәyirәm”. Uşaq bir kәlmә dә başa düş-
mәdәn gözünü bizә zillәmişdi, mәn isә yalvarış dolu
nәzәrlәrlә onun gözünün içinә baxırdım ki, getmәsin, bi-
zi tәk qoymasın vә yavaşca ayağını basdım, o isә nәza-
kәtlә ayağını çәkib, üstәlik, mәndәn üzr istәdi. Onda,
Davisito, uşağın ovcuna iri pul basdım ki, qoy qalığını
kәnarda axtarsın, mәnsә vaxt udum, ancaq lәnәtә gәlmiş bur-
nufırtıqlı uşaqda xırda tapıldı, pulu verib hәr üç metr-
dәn bir “Le Züdue” qışqıra-qışqıra tәlәsik uzaqlaşdı.

Növbәti tindә dayananda Robinet cibini şişirdәn
şeylә böyrümә vurdu. Mәn tәrslik elәdim: “Tualetә
getmәyim var”. O, cavab verdi: “İrәli. Hәlә çatmamışıq”.
İnad elәdim: “Dözә bilmirәm”. Dediyindәn әl çәkmәdi:
“İrәli, az qalıb”. Böyrümü dә cibinin altından dürtmә-
lәyirdi, ona görә yerimdәn tәrpәndim. Əmәlli-başlı ağıl-
sızlıq idi, Davisito.

Aurita tәhlükәdәn xәbәrsiz yanımızla gedirdi. Ona
da, uşağa da yazığım gәldi. Robinetә yalvarmaq istәyir-
dim ki, o, “Sena” musiqisi gәlәn fırlanan qapının qarşı-
sında dayandı. Qapıdan dәstәylә desantçılar, onlarla
birlikdә qızlar çıxırdı vә mәn özümә dedim: “Vәssalam,
burdan heç yerә tәrpәnmәyәcәyәm”. Bütün yalançı mü-
qavimәtim boşa getdi, Robinet mәni içәri itәlәyib dedi:
“Keçin, Lenuar, bir az әylәnәk”.

İçәridә xoş bir rahatlıq hiss elәdim, çünki restoran-
da, pivәxanada adam çoxuydu; hamısı da qayğısız, şәn.
Hәr stolun üstündәki kiçik abajurlar da “qayğısız” vә
   44   45   46   47   48   49   50   51   52   53   54