Page 54 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 54
– Bir yana baxanda, ölüm elә dә pis şey deyil,
Lenuar. Dәrindәn düşünәndә, mәrhәmәtlidi, ağrıları-
mıza, iztirablarımıza son qoyur. Bu mәnada ölüm tәkcә
mәrhәmәtli deyil, hәm dә arzuolunandı. Əgәr әmәl-
lәrimiz, düşüncәlәrimiz xatirәlәrdә әbәdi yaşasa, nәticә
etibarıyla ölüm elә dә әhәmiyyәt kәsb elәmәzdi. Əsl
işgәncә – izsiz-soraqsız ölmәkdi, Lenuar, ancaq lap
yaxınlarının sevdiyi, sevmәyә borclu olduqları cılız Don
Juan kimi gәbәrmәkdi, belә bir adamın haçansa
yaşadığını isә, onun tabutda evdәn çıxarıldığını görәn
yalnız qapıçı qadın deyә bilәr. Bunlar müxtәlif şeylәrdi,
Lenuar. Bir var – mәşhur adam kimi ölәsәn, bir dә var –
dilәnçi kimi. Dilәnçi kimi öldün, Lenuar, vәssalam,
üstünә tava daşlarını düzәn kimi, yırtıq-deşiyi sementlә
tutan kimi, hәr şey bitәcәk. Bu yerdә, caizsә, demәk olar:
“Hә, dincәlmәk zamanı çatdı”. Ancaq, Lenuar, öz әhә-
miyyәtsizliyini, soxulcanın da sәndәn üstün olduğunu
54 dәrk elәyәndә mәgәr rahatca yatmaq mümkünmü?
Neylәmәk olar? Hәr şey lazım olduğu kimi gedir, insan
yaşamaq üçün yaranıb vә yalnız mәşhurlaşan adam
qәbirdә rahat ola bilәr ki, üstünә gәlәn yolu ot basmay-
acaq, o, tәk deyil, yalnız gözlәmәk lazımdı, dirilәr onun
xatirәsini әziz tuturlar, ya dalınca soyürlәr, hәr halda,
unutmurlar, kim olduğunu bilirlәr, öz xatirәlәriylә onun
tәnhalığını mәnalandırırlar. Onda, Lenuar, mәnә inanın
ki, siz tamamilә ölmürsünüz, mütlәq heçsizlik yoxdu,
tamam unudulmaq yoxdu, ona görә nәfәs tutulması da
yoxdu, siz, ya sizin xatirәniz – fәrqi yoxdu, dünyada,
dirilәrin dilindә, ağlında qalır vә siz başqa adamlarda,
başqa canlı hüceyrәlәrdә, canlı üzvlәrdә yaşayırsınız.
Bu, mәşhurluqdu, Lenuar, ölü üçün bu – ağ ciyәrdi,
mәşhurluq adamı ölümsüzlәşdirir vә әbәdi yaşadır.
Robinetin bozumtul gözlәri iblisanә parıltıyla alışıb-
yandı, Davisito. Aurita ona heyrәtlә baxırdı, mәnsә
әvvәlki kimi tamamilә onun iradәsinә tabeydim, gәrgin
vә müti halda bütün diqqәtimi ona yönәltmişdim.