Page 50 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 50
“şәn” görünürdü, әn “sevincәk” olanı isә künclәrdә
açılmış dәri üzlüklü tünd-qırmızı divanlar idi. Sәhnәdә,
musiqiçilәri smokinq geyinmiş orkestr çalırdı vә müğәn-
ni qız “Sena”nı oxuyurdu. Sәni әmin edirәm, Davisito,
әlaydı: sarışın nazәnin, hәr şeyi tәndürüst. Beli mat qalı-
nası, budları möhkәm, güclü. O, “Sena”nı lәzzәtlә
oxuyurdu vә ona baxa-baxa, az qala, Robineti unutmuş-
dum. Bir dә ayaq barmaqlarının ucuna çatan sadә mәx-
mәr geyimi xoşuma gәlirdi, ancaq yuxarıdan sinәsinin
yarısına qәdәr açıqdı, intәhası, çiyinlәri elә biçimliydi,
bu azacıq sәrbәstliyi bağışlamaq olardı. Bir dә axı, Davis-
ito, orda dayanmışdı ki, aşiqanә hisslәr oyatsın,
“Brasseri”nin1 toruna düşәn bu kişilәrin ürәyini titrәtsin.
Hәrisliklә ona baxırdım, mәni Aurita özümә qay-
tardı: “Gözün ağrıyar, әzizim”. Ancaq onun әlindәn tut-
maq istәyәndә, Robinet hәdәylә dedi: “Bura әylәşin,
Lenuar, burda bizә heç kim mane olmaz”. Sonra ofisiantı
50 çağırıb bizdәn soruşmadan hamımıza pivә aldı.
XXIV
Robinet divanda qurcuxub dedi:
– Burda olub, burda da çözülmәlidi, Lenuar. Bax,
ona görә görüşmüşük, başqa heç nә.
O, diqqәtlә mәnә baxırdı, Davisito, gözlәri axsa da,
baxışlarına davam gәtirә bilmirdim.
Öskürüb dedi:
– Mәn sizin atanızı öldürmüşәm, Lenuar. Sizә bu
gün demәk istәdiyimin әn vacibi budur.
Davisito, mәn bu cür etirafdan donub-qaldım,
Auritanın isә ürәyi bulandı, ona da, bәtnindәki uşağıma
da yazığım gәldi. Bu fikirlәrdәn ürәklәnib dedim:
– O gedә bilәrmi?
1 “Brasseri” – Fransada kafelər şəbəkəsi