Page 48 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 48
dan asılı vәziyyәtә düşmәk heç dә xoş deyil. İndi kino-
larda bir yığın qәhrәman peyda olub, bir anın içindә nә
baş verdiyini anlayıb, caninin yaxasından yapışaraq, bir-
iki ciu-citsu1 fәndiylә kürәyini yerә vururlar. Bunları
fikirlәşib öz acizliyimә darılırdım, Davisito, mәnsә
hәyatda hәr şeyin başqa cür olduğunu düşünürdüm,
mәsәlәn, hәtta cani çox vaxt güclü, cәld olur, ciu-citsunu
daha yaxşı bilir vә әgәr namuslu adam axmaqlıq elәyib
yerindә dinc oturmasa, pul kisәsini almaq nәdi, üstәlik,
onu yaxşıca әzişdirәrlәr, hәlә öldürmәlәrini demirәm.
Elә bu cür dә olur, Davisito: vicdanlı adam halal pul
qazanmaq üçün oxuyur, cani isә hәmin vaxt ciu-citsu
fәndlәrini öyrәnir vә çәtin vәziyyәtlәrdә, çox ehtimal ki,
vicdanlı adam pulsuz vә sәfeh yerindә qalır.
Getdiyimiz vaxt bu barәdә düşünürdüm vә Robi-
netin paltonun cibindә olan әllәri zorakılığa әl atmaq
hәvәsimi lap öldürürdü. Mәn әlverişli mәqam gözlә-
48 mәyi üstün tutdum vә qarı qapını açanda onu tәhlü-
kәdәn xәbәrdar etmәk üçün arxamda duran Robinetә
işarәylә göz vurdum; intәhası, sәliqәli qarı azca çaşqın-
lıqla gülüb mızıldadı: “Ah, espagnol!2” Robinet koridora
keçib, nәhayәt, dillәndi: “Gözünüz atanızın gözünә
oxşayır”. Arxamca otağa gәldiyinә görә onu xәbәrdar
elәdim ki, arvadım xәstәdi, ancaq nasazlığının artıq keç-
diyi mәlum oldu; qapını döyәn kimi Aurita mәni qucaq-
layıb gәzmәyә getmәk istәdiyini bildirdi, birdәn
Robineti görüb susdu. Robinet tәzim edib mәnә dedi:
– Arvadınızın ağlına gözәl fikir gәlib, Lenuar. İndi
hamımız birlikdә gәzәrik.
Mәn arvadıma dedim:
– Bu, Robinetdi.
Aurita ağzını açdı, amma cavab vermәdi.
Biz üçlükdә evdәn çıxanda özümdәn soruşdum:
1 Ciu-citsu – yapon milli sərbəst güləş növü
2 Ah, espagnol! – A-a, ispaniyalı! (fr.)