Page 43 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 43
SƏRSƏM

dan sonra rü Servyeni gәzәnә qәdәr ona mürgülәmәsi- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ni tәklif etdim. Qarı artıq söylәmәyә macal tapmışdı:
“Cest a cote”1 Aurita yenә mızıldadı: “Mәn daha 43
qorxmuram, doğru sözümdü”. Mәn isә fikirlәşdim:
“Robinetlә rastlaşacağımı hardan bilim?” Ancaq ürәyi-
min dәrinliyindә hansısa xırda şeyin mәni izә salacağına
ümid elәyirdim, әn pis halda, Davisito, özümü sakitlәş-
dirirdim ki, şәraiti dәyişmәmizin mәnim boynumdakı
şişә vә arvadımın әsәblәrinә xeyri dәyәr.

Rü Servye pansiona paralel küçәydi vә nә qәdәr çox
gedirdim, bir o qәdәr hәyәcanlanırdım, Davisito, haçan-
sa keçirdiyim hisslәri yenidәn yaşamağa çalışsam da, ba-
carmırdım. Öz-özümә tәkrar elәyirdim: “Bax bu, mәnә
tanışdı, bu, mәnә tanışdı”. Əslindә isә, Davisito, heç nә
mәnә tanış gәlmirdi, şüurumun dәrinliyindәkini oyat-
maq üçün belә fikirlәşirdim, ancaq әbәs yerә. Köhnә
evimizә yaxınlaşdıqca dizlәrim әsirdi. Hansısa barın
yanında dayanıb, bir xeyli baxdım. Vә düşündüm: “Hә,
götürәk elә bu barı...” Ancaq bu, mәni hәyәcanlandırdı,
ona görә içәri keçib konyak sifarış elәdim. Küncdәki
radioqәbuledicidә “Sena”nı oxuyurdular. Onda bütün
Fransa “Sena” oxuyurdu, bu musiqi mәnim dә xoşuma
gәlirdi, Davisito, hәzin, qәmli, adamı kövrәldәn.

Bizim köhnә evin giriş qapısına ayaq qoyanda
ürәyim çırpınırdı, Davisito. Sәnin, atamın, anamın, bi-
zim burda hәqiqәtәn xoşbәxt olmadığımız haqda fikir-
lәşdim. Adәtәn, muzeydә olduğu kimi, girişdә dayanıb
diqqәtlә bir dә hәr şeyә göz gәzdirdim. Qәfil düz qar-
şımda qadın gördüm vә elә bil kimsә mәnim әvәzimә
qışqırdı:

– Madame Louvois!
Davisito, and içirәm ki, onu xatırlamırdım, ümu-
miyyәtlә, yaşayıb-yaşamadığını bilmirdim, di gәl, çox
tanış bir şey kimi ağzımdan çıxdı. O, tәәccüblә soruşdu:

1 Cest a cote. – Bu yaxınlıqdadı. (fr.)
   38   39   40   41   42   43   44   45   46   47   48